Icma.az
close
up
RU
Ədəbiyyata, sənətə məslək kimi baxan şair

Ədəbiyyata, sənətə məslək kimi baxan şair

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün Əməkdar incəsənət xadimi, şair, publisist Ayaz Vəfalının doğum günüdür. O, əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetində başlayıb və ömrünün 54 ilini bu işə sərf edib. Ədəbiyyata “Hippokrat andı” ilə gəlib.

Söz də

Bizim məsləkimiz –

Kəlmə-kəlmə ölçək, biçək;

Ələ qələm alanda biz

Hippokrat andı içək...

Ədəbiyyata, sənətə məslək kimi baxıb. Dediyi sözün əxlaqını göz bəbəyi kimi qoruyub.

“Ədəbiyyat və incəsənət” qəzetinin, indiki “Ədəbiyyat qəzeti”nin texniki katibliyindən baş redaktorluğuna qədər bir yol keçib. 54 il “Ədəbiyyat qəzeti”ndə çalışan Ayaz Vəfalı XX əsrin sonu XXI əsrin əvvəli tarixi ədəbi prosesin canlı şahidi və iştirakçısıdır. Ədəbi hərəkatın qaynar mərkəzində olan Ayaz müəllimin yaddaşındakılar hər cür təhrifdən kənar ciddi faktlardır. Dövrün bütün ictimai-siyasi hadisələrinin ədəbiyyatın şah damarından keçərək gündəmə ötürülməsi bir zamanda qəzetdə məsul vəzifəni layiqincə daşımaq şərəfli bir iş olub. Taleyinə düşən bu işdən Ayaz Vəfalı həm də qürur duyub.

Hayana getdimsə

səndən söz açdım

Mən sənə bir ömür qulaq asmışam;

Həyata

bir uzaq kənddə göz açdım,

Sənətə

gözümü səndə açmışam.

Bir ömür...

peşiman olmaram, nə qəm –

Xatirimdə qalan zəhmətim olsa;

Mən səndən

yenə də əsirgəmərəm –

İkinci bir ömür qismətim olsa.

Ayaz Vəfalının “Novruzgülü”, “Eşq əfsanəsi” kimi şeirləri 60-cı illər poeziyasının yaddaqalan nümunələridir.

Ayaz müəllim ciddi ədəbiyyatşünas və publisistdir. Onun klassiklər haqqında yazdığı silsilə məqalələr, xüsusən də klassik irs və folklor problemi barədə tədqiqatları təqdirəlayiqdir. Bu mənada professor Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi ilə yazdığı “Füzuli və folklor” əsəri elmi-metodoloji dəyərini saxlamaqdadır.

Onun 1976-cı ildə nəşr etdirdiyi “Atalar sözü, ağlın gözü” kitabı ölkəmizdə və ondan kənarda geniş əks-səda doğurdu. Bu nəşr sonralar, yəni 2012-ci ildə müəllif tərəfindən yenidən işlənmiş və daha da təkmilləşdirilərək üç əlifbada (latın, kiril, ərəb) oxuculara təqdim olunmuşdur. Ayaz Vəfalı həmçinin “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana” şeirlər kitablarının, habelə “Füzuli öyrədir”, “Füzuli xəlqiliyi”, “Sənətkar və xalq” kimi elmi-tədqiqat əsərlərinin müəllifidir. “Yarım əsrlik yol” kitabında isə Ayaz Vəfalının “Ədəbiyyat qəzeti”ndə çalışdığı illərdə çap olunmuş məqalə, şeir və tərcümələrinin böyük bir qismi toplanmışdır.

Ayaz Vəfalı ədəbiyyatımızın təbliği, qardaş xalqlar ədəbiyyatından tərcümələri ilə həmişə fəaliyyətdə olub. Böyük özbək şairi Əlişir Nəvainin “Leyli və Məcnun”, K. Simonovun “Gözlə məni”, Ukrayna ədəbiyyatının klassiki T.Q. Şevçenkonun “Kor qadın” əsərlərini, rus yazıçısı Aleksandr Çakovskinin “Qələbə” siyasi romanını (I cild) yüksək sənətkarlıqla dilimizə tərcümə edib.

Ayaz Vəfalı öz sənət yolunu hər bir kəsə arzu edir, “Ədəbiyyat var olduqca yaşamağa dəyər” – deyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri