Icma.az
close
up
RU
Gürcü ədəbiyyatşünas AMEA da

Gürcü ədəbiyyatşünas AMEA da

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İrma Ratiani ilə görüşüb. AMEA Rəyasət Heyətində keçirilən görüşdə iki qurum arasında qarşılıqlı maraq doğuran məsələlər, ortaq layihələr ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Akademik İsa Həbibbəyli Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin mövcud olduğunu bildirib. O, bu əlaqələrin müasir dövrün tələbinə uyğun yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Akademik AMEA-nın Gürcüstan Milli Elmlər Akademiyası, eləcə də bu ölkənin digər elmi müəssisələri ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə həyata keçirdikləri layihə üzrə “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunmasını xüsusi qeyd edib.

Professor İrma Ratiani səmimi görüşə görə AMEA prezidentinə təşəkkürünü bildirib, akademiyanın 80 illik yubileyi münasibətilə bu elm ocağının çoxminli kollektivini təbrik edib. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verərək deyib ki, bundan sonra da hər iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılmasında maraqlıdırlar.

Sonda qarşılıqlı kitab hədiyyələri təqdim olunub.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Maka Elbakidze və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli də iştirak ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri