Icma.az
close
up
RU
Görkəmli ədəbiyyatşünas, ictimai xadim

Görkəmli ədəbiyyatşünas, ictimai xadim

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məmməd Arif Dadaşzadə – 120

Azərbaycan professional ədəbiyyatşünaslığının yaradıcılarından biri, tərcüməçi, pedaqoq, nasir, ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində “Ədəbi üfüqlərdə” adlı bədii-musiqili mərasim keçirilib.

Yubiley mərasimi akademik Məmməd Arif Dadaşzadənin ömür yolunu işıqlandıran videosüjetin nümayişi ilə başlanılıb.

Sonra Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə alimin ömür yoluna nəzər salıb, yaradıcılığından danışıb. O bildirib ki, ədəbi-mədəni aləmdə Məmməd Arif adı ilə tanınan alim-pedaqoq elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlayıb. Akademik Məmməd Arif Dadaşzadə bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə məqalə yazıb, ömrünün təqribən 40 ilini dünya ədəbiyyatından tərcümələrə həsr edib. O, sözün əsl mənasında, ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətlərdən biridir.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, dəyərli ziyalı, bütöv bir şəxsiyyət olan Məmməd Arif Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafına çox böyük töhfələr verib. Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. O, ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Onun “Azərbaycan xalqının ədəbiyyatı” kitabı ingilis, fars, rus, bolqar dillərində, “Azərbaycan ədəbiyyatı” monoqrafiyası Moskvada çap olunub.

Çıxışlarda görkəmli alimin XX əsr Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri vurğulanıb. Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olub. Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərinin əsərlərindən bədii tərcümələr edib. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun “Hərb və sülh”, N.Ostrovskinin “Polad necə bərkidi”, M.Qorkinin “Dankonun ürəyi”, “Makar Çudra”, dünya ədəbiyyatından M.Servantesin “Don Kixot” və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyur.

Əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı mərasimi bədi nömrələrlə müşayiət edib. Sonda görkəmli alimin nəvələri Zümrüd və Aqşin Dadaşzadələr babalarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

T.RÜSTƏMLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri