Icma.az
close
up
RU
Ədəbiyyatşünaslığımızı zənginləşdirən alim

Ədəbiyyatşünaslığımızı zənginləşdirən alim

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Muxtar İmanov – 70

Milli ədəbiyyatşünaslığımızı çoxcəhətli və novator araşdırmaları ilə zənginləşdirmiş alim, akademik Muxtar İmanovun 70 illik yubileyini ölkənin ədəbi-elmi ictimaiyyəti görkəmli filoloqun xidmətlərinə yüksək dəyər, şəxsiyyətinə böyük sayğı-sevgi ilə qeyd edir.

Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olub. Universiteti bitirdikdən sonra doğma rayonunda ədəbiyyat müəllimi işləyib. Ədəbiyyatşünaslığa dərin maraq onu AMEA Ədəbiyyat İnstitutunun aspiranturasına gətirib. O, burada dalbadal namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Mifologiya şöbəsində kiçik elmi işçidən böyük elmi işçi vəzifəsinə yüksəlib, dosent, professor elmi adlarına yiyələnib. 2014-cü ildə AMEA-nın müxbir, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

70 illik şərəfli ömrün çox qısa tarixçəsi belə olsa da, Muxtar İmanovun həyatının hər günü, ayı, ili milli ədəbiyyatımızın şifahi və yazılı qollarının ən önəmli, estetik qiymət tələb edən, xüsusi araşdırmaya möhtac yönlərinin, mövzularının davamlı və dərindən tədqiqi ilə bağlı olub. O, 1992–2000-ci illərdə nüfuzlu “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001–2003-cü illərdə AMEA “Folklor sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçı, həmin mərkəz Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərib. 2011-ci ildən 2024-cü ilədək AMEA Folklor İnstitutunun direktoru olub. Hazırda Azərbaycan Dilər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.

Muxtar müəllim 2011-ci ildən 2024-cü ilədək “Folklorşünaslıq” ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədri olub. 2011–2019-cu illərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində Ədəbiyyat fənni üzrə elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri kimi fəaliyyət göstərib. 2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, 2017-ci ildən 2023-cü ilədək şuranın sədri olub.

Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı əsərlərin müəllifidir. Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklor və yazılı ədəbiyyat ilə bağlı mübahisəli məsələlərin araşdırılmasına, şifahi və yazılı söz sistemlərindəki özünəməxsus qanunauyğunluqların üzə çıxarılmasına, eposun qeyri-səlis məntiq nəzəriyyəsi baxımından öyrənilməsinə, folklorşünaslığın bir sıra digər aktual problemlərinə həsr edilən 12 kitabı, 300-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunub.

Folklorun toplanması, tərtib və nəşr olunması ilə ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən “Bu yurd bayquşa qalmaz”, “Zəngəzur folkloru”, “Şərur folklor örnəkləri”, “Gədəbəy folklor örnəkləri”, 10 cildlik “Qarabağ: folklor da bir tarixdir”, 16 cildlik “Güney Azərbaycan folkloru”, 4 cildlik “Qərbi Azərbaycan folkloru”, “Şifahi sənət və yazılı ədəbiyyat” toplularının layihə rəhbəri və tərtibçilərindəndir. Müasir texniki vasitələrlə, dünya standartlarına uyğun şəkildə toplanan və çap olunan materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində əvəzsiz qaynaq rolu oynayır. Qarabağdan toplanmış 30-a yaxın nağıl süjetinin Beynəlxalq Aarne-Tompson Kataloqunda qarşılığının olmaması onu deməyə əsas verir ki, Muxtar İmanovun rəhbərliyi ilə 2011-ci ildən AMEA Folklor İnstitunda başlanan toplama, tərtib, nəşr və tədqiq işləri dünya folklorşünaslığında janrlar üzrə elmi təsnifatların aparılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Muxtar müəllimin elmi, xidmətlərini tanınmış alimlər və ictimai xadimlər yüksək qiymətləndiriblər:

AMEA-nın prezidenti İsa Həbibbəyli: “Muxtar İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” əsəri Azərbaycan folklorşünaslığında müstəqillik dövründə meydana çıxmış ən sanballı monoqrafik əsərlərdən biri kimi mühüm əhəmiyyət daşıyır”.

Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla: “Muxtar Kazımoğlunun 70 yaşı tamam olur. Ədəbiyyat nəzəriyyəsini, ədəbi tənqidi, ədəbiyyat tarixini, folkloru öz timsalında birləşdirənlər nadir elm fədailərindəndir ki, onların arasında Muxtar müəllim xüsusi yer tutur.

Bu gun Azərbaycan filologiyasında, mədəniyyətində, təlim-tərbiyəsində Muxtar Kazımoğlu faktorunun (ölçüsünün) mövcudluğunu məsuliyyətlə qeyd etmək olar. Bu ölçünün göstəriciləri məsuliyyət, professionallıq, analitik təfəkkürün dərinliyi və genişliyi, səmimilik, insanlıq və bu qəbildən olan digər amillərdir”.

Türkiyənin Ege Universitetində, Türk Dünyası Araşdırmalar İnstitutunun yaradıcısı, professor Fikrət Türkmən: “Muxtar Kazımoğlu yalnız Azərbaycan elmi mühitində deyil, bütövlükdə türk dünyasında tanınan bir alimdir. Onun elmi əsərləri mədəniyyətlərarası əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır, Türk dünyasına və türkoloji elminə dəyərli töhfədir, gələcək nəsil tədqiqatçılar üçün möhkəm bir elmi bazadır”.

Ədəbiyyatşünas, professor Nizami Tağısoy: “Muxtar Kazımoğlunu tanıdığım vaxtdan mən onda fədakarlıq və ciddilik kimi keyfiyyətləri çox görüb müşahidə etmişəm. O, elmə, folklora, folklorşünaslığa, ədəbiyyata, ədəbiyyatşünaslığa, sənətə, sənətşünaslığa daim qayğı və sayğı ilə yanaşıb. Nailiyyətləri bütün istiqamətlərdə əsaslı olsa da, folklora xidmət, folklorşünaslıq sahəsində araşdırmalarda daha çox görünüb, amma hikkədən, mənəmlikdən, xudpəsəndlikdən kənar olu”b.

Ədəbiyyatşünas, professor Rüstəm Kamal: “Muxtar Kazımoğlunun kitablarını, tədqiqatlarını oxumaq Azərbaycan folklorşunaslığının tarixindən, inkişaf yollarından və problemlərindən söhbət açmaq imkanıdır”.

Əməkdar jurnalist Tahir Aydınoğlu: “Muxtar müəllim 16 cildlik Güney Azərbaycan folkloru seriyasına rəhbərlik edib. O, tədqiqatında, ədəbi-bədii fakta münasibətində yeni bir baxış ortaya qoyur, mülahizələrini arqumentləşdirir, elmi təhkiyəsində və təhlillərində akademizm nəzəri mülahizələrin yığcamlığını, sistemliyini, konkretliyini yüksək bir fəzaya qaldırmaqla üçölçülü görüntü yaradır. Buna riyaziyyatda qeyri-səlis məntiq, optikada qalaqramma effekti deyilir.

Muxtar İmanovun insanlar və hadisələr barədə publisistik təqdimatı da obyektiv (sübutlu), ictimai məzmunlu, obrazlı və səmimidir. O, estetik dəyəri elmi-nəzəri və yeri gələndə publisistik güzgüdə zərrəbinlə nəzərdən keçirir, mənəvi tərəzidə qram dəqiqliyi ilə çəkir”.

Şair-publisist Adil Cəmil: “Muxtar müəllimin ad-soyadı ilə elmə gerçək bir alimin nəfəsi gəldi”.

Muxtar İmanov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərindən olub. Onun rəhbəri olduğu “Türk xalqlarında dövlət rəmz, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi (2015-2016) AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olub. Onun elmi rəhbərliyi ilə 13 fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlanıb.

Muxtar müəllimin ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumlarının, eləcə də elmi və ictimai təşkilatların fəxri fərmanları, diplom, mükafat, təşəkkür və tərifnamələri ilə qeyd edilib. Elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna və AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun “Bilim Onur Ödülü”nə layiq görülüb.

Alim Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Mahmud Kaşğari”, Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı, Kərkük Kültür Dərnəyinin “Kərkük mədəniyyətinə, ədəbiyyatına və folkloruna xidmət”, “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunub, Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professor”u adına layiq görülüb.

Muxtar Kazımoğlunun zəngin həyat yolu xalqımıza, mədəniyyətimizə və mənəviyyatımıza verdiyi töhfələr zəngin və qiymətlidir. Onun 70 illik yubileyi ədəbi-elmi ictimaiyyətə hikmətin, zəhmətin, vətənpərvərliyin və nüfuzun hesabatıdır. Uzun illər redaksiyamızın nüfuzlu müəlliflərindən və dostlarından olan akademik Muxtar İmanovu kollektivimiz adından səmimi təbrik edir, alimə uzun ömür, yeni uğurlar arzulayır.

Namiq QƏDİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see178

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri