Icma.az
close
up
RU
“Ədibin Evi”ndə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş keçirilib AZƏRTAC

“Ədibin Evi”ndə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 dekabr, AZƏRTAC

“Ədibin Evi”ndə Ümumilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Balaxanı neftçilərinin siyasi xadim, alim və tədqiqatçı Həsən Həsənovla görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi ilə təşkil edilən tədbirdə Heydər Əliyevin neft strategiyası və xüsusilə bu il imzalanmasından 30 il ötən, onun imza əsəri “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın inkişaf sütununa çevrilməsi tarixinə nəzər salınıb.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, taleyin hökmü ilə Heydər Əliyevin Azərbaycana başçılıq etməsinin hər iki dönəmi ölkə üçün dərin böhran zamanlarına təsadüf edib. Heydər Əliyev Azərbaycan Kommunist Parityası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndə Azərbaycan bir çox sahələrdə ümumittifaq göstəricilərindən geridə qalırdı: neft-qaz sənayesində ciddi geriləmələr mövcud idi, Xəzərdə kəşf edilən yataqların istismarı texnika və maliyyə imkanları olmadığına görə ləngiyirdi. O bildirib ki, Heydər Əliyevin atdığı ilk addımlarından biri hasilat sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərə kompleks şəklində səmərəli həll yolları tapmaq, Azərbaycan neftçilərini səlahiyyətləndirmək idi.

“Müstəqillik dövrümüzdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər daha dərin böhranla üzləşmiş, buna baxmayaraq, az zamanda iqtisadiyyatın dirçəldiməsi üçün yenə də neft-qaz sektoruna əsaslı dəyişikliklər gətirmişdir. 1994-cü ilin sentyabrında 7 ölkənin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması bu məqsədə xidmət edirdi. Azərbaycanın inkişafında dönüş nöqtəsi olan və ölkəmizi beynəlxalq aləmin enerji təhlükəsizliyi təminatçılarından birinə çevirən bu sənədin imzalanmasından keçən 30 ildə Azərbaycanın neft-qaz sənayesinə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Məhz neft strategiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Zəfərimizə zəmin yaradıb, ölkənin bütün sahələrində uğurları təmin edib”, - deyə vurğulanıb.

Ulu Öndərin dövlətçilik məktəbinin yetirməsi olan Həsən Həsənov isə Heydər Əliyevin rəhbərliyi altında tutduğu müxtəlif vəzifələrdə onunla iş prosesindən xatirələrini bölüşüb. Həsən Həsənov hələ Sovet dövründə Heydər Əliyevin Azərbaycanda çevik və uğurlu idarəçiliyinin əks-sədasının ümumittifaq miqyasında yayıldığını qeyd edərək, SSSR-nin müxətlif guşələrindən gələn yüzlərlə məktubda vətəndaşların Moskvadan məhz belə rəhbərin təyin edilməsini tələbi ilə çıxış etdiyini bildirib. Bu isə Sovet hakimiyyətinin vəzifəli şəxsləri arasında Heydər Əliyevə nüfuzla bərabər qısqanclığ da qazandırırdı. Həsən Həsənov bu günlərdə idarəçilik məktəbində tez-tez istifadə olunan “yaradıcı yanaşma”nın o zaman Heydər Əliyev tərəfindən tam tətbiq edildiyini vurğulayıb: “O, heç zaman sadəcə icraçı olmadı. Öz strateji düşüncəsi, Vətənə sevgi və xidmət missiyası Heydər Əliyevi davamlı olaraq yeniliklər gətirməyə, ölkənin bütün sahələrini dərindən anlayıb, təhlil edib yeni mütərəqqi istiqamətlər açmağa sövq edirdi”.

Balaxanı neftçilərinə müraciətində Həsən Həsənov xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işlədiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyası Azərbaycanın gələcək nəsillərinə hələ çox nailiyyətlər qazandıracaq. Bunun üçün hasilat sahəsində çalışanlar Heydər Əliyevin neft strategiyası irsinin məsuliyyəti və etimadını doğrultmaqda davam etməlidilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri