Icma.az
close
up
RU
Macarıstanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib AZƏRTAC

Macarıstanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Budapeşt, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycanın Macarıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin, Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Macarıstandakı Regional Ofisinin və Budapeşt şəhərindəki Azərbaycan Evinin nümayəndələri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri, səfirlik heyəti və mətbuat təmsilçiləri daxil olmaqla 50-ə qədər qonaq iştirak edib.

Tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Tahir Tağızadə çıxış edərək dahi şəxsiyyətin müasir Azərbaycanın qurucusu olduğunu qeyd edib. Səfir Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün həm regional, həm də qlobal miqyasda əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayıb. Ötən ay Bakı şəhərində təşkil olunmuş COP29-u bunun bariz nümunəsi kimi təqdim edib. T.Tağızadə çıxışında, həmçinin Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Macarıstandakı müxbiri Vüqar Seyidov çıxışında Ümummilli Liderlə görüşmək imkanı əldə etdiyi vaxtlardan söhbət açıb. V.Seyidov çıxışında gənc nəsli Ulu Öndərin miras qoyduğu güclü, qalib Azərbaycanı qoruyub saxlamaq uğrunda çalışmağa səsləyib.

Çıxışların ardından Ulu Öndərə həsr edilmiş qısa film nümayiş olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see541

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see332

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see304

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see294

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see286

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see273

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see268

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see264

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see245

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see243

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see243

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see240

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see239

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see238

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see233

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see232

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see221

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see214

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see194

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri