Icma.az
close
up
RU
Ədibin Evində Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş olub

Ədibin Evində Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş olub

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ədibin Evi"ndə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçilərinin siyasi xadim, alim və tədqiqatçı Həsən Həsənovla görüşü keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ulu öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil edilən tədbirdə Heydər Əliyevin neft strategiyası və xüsusilə bu il imzalanmasından 30 il ötən, onun imza əsəri "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın inkişaf sütununa çevrilməsi tarixinə nəzər salınıb.

"Ədibin Evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, taleyin hökmü ilə Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının hər iki dönəmi ölkə üçün dərin böhran zamanlarına təsadüf edib. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndə Azərbaycan bir çox sahələrdə ümumittifaq göstəricilərindən geridə qalırdı: neft-qaz sənayesində ciddi geriləmələr mövcud idi, Xəzərdə kəşf edilən yataqların istismarı texnika və maliyyə imkanları olmadığına görə ləngiyirdi. O bildirib ki, Heydər Əliyevin atdığı ilk addımlardan biri hasilat sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərə kompleks şəklində səmərəli həll yolları tapmaq, Azərbaycan neftçilərini səlahiyyətləndirmək idi.

"Müstəqillik dövrümüzdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər daha dərin böhranla üzləşdi, buna baxmayaraq, az zamanda iqtisadiyyatın dirçəldilməsi üçün yenə də neft-qaz sektoruna əsaslı dəyişikliklər gətirdi. 1994-cü ilin sentyabrında yeddi ölkənin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması bu məqsədə xidmət edirdi. Azərbaycanın inkişafında dönüş nöqtəsi olan və ölkəmizi beynəlxalq aləmin enerji təhlükəsizliyi təminatçılarından birinə çevirən bu sənədin imzalanmasından keçən 30 ildə Azərbaycanın neft-qaz sənayesinə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Məhz neft strategiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Zəfərimizə zəmin yaradıb, ölkənin bütün sahələrində uğurları təmin edib", - Ş.Mehrəliyeva qeyd edib.

Ulu öndərin dövlətçilik məktəbinin yetirməsi olan Həsən Həsənov isə Heydər Əliyevin rəhbərliyi altında tutduğu müxtəlif vəzifələrdə onunla iş prosesindən xatirələrini bölüşüb. Həsən Həsənov hələ sovet dövründə Heydər Əliyevin Azərbaycanda çevik və uğurlu idarəçiliyinin əks-sədasının ümumittifaq miqyasında yayıldığını qeyd edərək, SSRİ-nin müxtəlif guşələrindən gələn yüzlərlə məktubda vətəndaşların Moskvadan məhz belə rəhbərin təyin edilməsi tələbi ilə çıxış etdiklərini bildirib. Bu isə sovet hakimiyyətinin vəzifəli şəxsləri arasında Heydər Əliyevə nüfuz qazandırmaqla bərabər, ona qarşı qısqanclıq da doğururdu. Həsən Həsənov bu günlərdə idarəçilik məktəbində tez-tez istifadə olunan "yaradıcı yanaşma"nın o zaman Heydər Əliyev tərəfindən tam tətbiq edildiyini vurğulayıb:

"O heç zaman sadəcə icraçı olmadı. Öz strateji düşüncəsi, Vətənə sevgi və xidmət missiyası Heydər Əliyevi davamlı olaraq yeniliklər gətirməyə, ölkənin bütün sahələrini dərindən anlayıb, təhlil edib yeni mütərəqqi istiqamətlər açmağa sövq edirdi".

Balaxanı neftçilərinə müraciətində Həsən Həsənov xatırladıb ki, ulu öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işlədiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyası Azərbaycanın gələcək nəsillərinə hələ çox nailiyyətlər qazandıracaq. Bunun üçün hasilat sahəsində çalışanlar Heydər Əliyevin neft strategiyası irsinin məsuliyyəti və etimadını doğrultmaqda davam etməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri