Icma.az
close
up
RU
“Ədibin Evi”ndə “Yüksəliş”in ilk sessiyası keçirildi Fotolar

“Ədibin Evi”ndə “Yüksəliş”in ilk sessiyası keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər 2026-cı ilin birinci yarısında yeni məzmun xətti ilə genişləndirilir. Bu çərçivədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş” adlı silsilə görüşlər təşkil olunub. 

Silsilə görüşlərin əsas məqsədi Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi strateji idarəetmədə azərbaycançılıq ideyasına, Azərbaycan mədəniyyətinin təşviqinə, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı kimi rolu diqqət mərkəzində saxlanılacaq.

Silsilə görüşlərin ilk sessiyasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Ədibin Evi”nin təsisçiləri filoloq-ədəbiyyatşünas, professor Ədibə Paşayeva və ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, eləcə də gənclər və idman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər. 

Görüşün açılışını “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva edib, layihənin məqsədi və məzmunu barədə ətraflı məlumat verib. O qeyd edib ki, görüşlər çərçivəsində qonaq natiqlər qismində “Ədibin Evi”nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik və idarəçilik təfəkkürünə təsiri elmi və praktik aspektlərdən təhlil olunacaq. 

İlk görüş akademik Nizami Cəfərovun təqdimatında “Azərbaycan dilinin ideoloji əsasları” mövzusuna həsr edilib. Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi Qrupun üzvləri XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı olan, İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə bir araya gəliblər. 

Akademik mövzu ətrafında ətraflı çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, ideoloji mahiyyəti və dövlətçilik baxımından əhəmiyyəti barədə fikirlərini qaliblərlə bölüşüb. Görüşün davamında qaliblərin ünvanladıqları suallar cavablandırılıb, müzakirələr interaktiv və maraqlı diskussiya şəklində davam edib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Fevral 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri