“ƏDV geri al” mexanizmi genişlənir Qaytarılan məbləğ kiçik, iqtisadiyyatda davranış dəyişiklikliyi böyükdür
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, xidmət alan şəxs rəsmi qəbz tələb etdikcə müəssisə əməliyyatı dövriyyəyə daxil etməyə məcbur olur. Bununla qeyri-rəsmi fəaliyyət azalır, həm də nağdsız ödənişlərin həcmi artır. Bu, təkcə kölgə iqtisadiyyatının kiçilməsinə deyil, həm də bank sektorunun canlanmasına səbəb olur. Elektron dövriyyə artdıqca qurumlar daha dəqiq maliyyə məlumatları əldə edir və bu, iqtisadiyyatın ümumi şəffaflığına müsbət təsir göstərir. Lakin mexanizmin cəmiyyətdə yaratdığı psixoloji təsir də olduqca maraqlıdır. İstehlakçı çox vaxt xidmətə xərclədiyi böyük məbləğə heyif etmir, amma ƏDV-dən gələn qəpik-quruş onu sevindirir. Bu, davranış iqtisadiyyatında geniş izah olunan bir fenomendir. İnsan kiçik gözlənilməz gəliri daha güclü mükafat kimi qəbul edir. Bu vəziyyət həm də simvolik ədalət hissindən qaynaqlanır, illərlə ödədiyimiz vergilərin içində az da olsa geri qaytarılan hissə “mənə də bir şey qaldı” düşüncəsini yaradır. Digər tərəfdən, qəbz tələb etməklə və nağdsız ödəniş etməklə prosesə nəzarət etdiyimizi hiss edirik, bu isə vətəndaş üçün şəxsi qələbə təsiri yaradır.
Rəqəmlər baxımından qaytarılan məbləğ böyük olmasa da, iqtisadiyyatda yaratdığı davranış dəyişiklikləri mühümdür. İnsanların geri qaytarılacaq kiçik məbləğə görə qəbz tələb etməyə başlaması, əslində, sistemin əsas məqsədinə, dövriyyənin rəsmiləşdirilməsinə xidmət edir. Bu baxımdan mexanizmin sosial təsiri onun iqtisadi təsirindən az deyil. Xüsusilə qiymətlərin bahalaşdığı bir dövrdə vətəndaş üçün kiçik də olsa “geri dönüş” hissi xərcləmə stressini azaldır və psixoloji tarazlıq yaradır.
Bütün bunların fonunda “ƏDV geri al” mexanizminin genişləndirilməsi həm iqtisadi, həm sosial, həm də davranışsal baxımdan doğru addım hesab oluna bilər. Sektorun “ağarması”, nağdsız ödənişlərin artması və istehlakçıların qismən də olsa pul geri əldə etməsi ümumi sistemin səmərəliliyini yüksəldəcək. Hər nə qədər qaytarılan məbləğ kiçik olsa da, insanların ona sevinməsi mexanizmin işləkliyinin və psixoloji təsirinin göstəricisidir. Bu dəyişikliklər iqtisadiyyatın davamlı şəkildə şəffaflaşmasına doğru atılan addımların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
Leyla Mirzə, Bizimyol.info
Baxış sayı:116
Bu xəbər 18 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















