Icma.az
close
up
RU
ƏDV geri qaytarılmayacaq? Bəziləri onlara aid olmayan alış veriş qəbzlərini sistemə daxil edərək...

ƏDV geri qaytarılmayacaq? Bəziləri onlara aid olmayan alış veriş qəbzlərini sistemə daxil edərək...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

 “2020-ci ildə Azərbaycanda tətbiqinə başlanılmış “ƏDV geri al” layihəsi ilkin mərhələdə həm texnoloji yenilik, həm də vergi siyasətində innovativ yanaşma nümunəsi kimi təqdim olunub”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov son zamanlar bu layihənin ləğv olunacağı barədə deyilənlərə münasibər bildirərkən deyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi istehlakçını alış-veriş zamanı qeyri-rəsmi dövriyyələrin qarşısının alınmasında iştirakçıya çevirmək və vergi uçotunun effektivliyini artırmaq idi. Bu təşəbbüs çərçivəsində vətəndaşlar alqı-satqı əməliyyatları zamanı təqdim olunan çek və ya fiskal qəbzləri sistemə daxil etməklə, ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri alma imkanı qazanırdılar.

Ekspert bildirib ki, 2024-cü ildən etibarən layihənin tətbiqi qaydalarında dəyişiklik edilərək yalnız istehlakçının öz adına rəsmiləşdirilmiş qəbzlərə əsasən ƏDV-nin qaytarılması imkanı nəzərdə tutulmuşdur. Bu dəyişiklik bir sıra ictimai və hüquqi müzakirələrə səbəb olub:

"Məhdudiyyətlərin tətbiqi, əsasən, sui-istifadə hallarının qarşısının alınması ilə izah olunur. Belə ki, bəzi istifadəçilər başqasının qəbzlərini öz adlarına sistemə daxil edərək əlavə maliyyə vəsaiti əldə etməyə çalışırdılar. Bu isə layihənin ilkin məqsədlərinə - şəffaflıq, real istehlakçı davranışlarının təşviqi və vergi intizamının gücləndirilməsi ilə ziddiyyət təşkil edir. Lakin məsələ yalnız bu cür praktiki problemlərlə izah edilə bilməz. Burada həm də vergi siyasətinin uzunmüddətli məqsədləri və mexanizmin səmərəliliyi məsələləri ön plana çıxır. Belə ki, layihə əsasən alıcıları stimullaşdırmaqla vergi bazasını genişləndirmək məqsədi daşıyırdı. Geri qaytarılan 5-15% arası ƏDV məbləği isə təşviqedici bir vasitə kimi nəzərdə tutulub. Yəni, vətəndaşın iştirakı ilə qeyri-rəsmi dövriyyə rəsmiləşdirilir, dövlət isə bu iştirakın müqabilində müəyyən güzəşt tətbiq edirdi".

Eldəniz Əmirov, iqtisadçı-ekspert

Eldəniz Əmirov əlavə edib ki, dövlət tərəfindən açıqlanan məlumatlara əsasən, 2023-cü ildə istehlakçılara 154 milyon manat, 2024-cü ildə isə 176 milyon manatdan artıq vəsait ƏDV-nin geri qaytarılması çərçivəsində ödənilib:

"Bu rəqəmlər layihənin kütləviləşdiyini və geniş istifadə olunduğunu göstərsə də, əsas sual budur: bu məbləğlər dövlət büdcəsinə əlavə nə qədər vergi daxilolması ilə kompensasiya olunur? Təəssüf ki, bu sualın dəqiq cavabı yoxdur, çünki bu cür stimullaşdırıcı sistemlərin iqtisadi faydasını hesablamaq üçün mürəkkəb statistik modellərə və sahəvi müqayisələrə ehtiyac var. Sadəcə vergi daxilolmalarının illik artım dinamikasına baxaraq sistemin faydası haqqında təxmini fikir söyləmək mümkündür. Bu isə qərarvericilər üçün kifayət qədər əsaslı və ölçülə bilən arqument formalaşdırmır".

Mövzuyla bağlı Dövlət Vergi Xidmətindən isə bildirilib ki, “ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir. Məlumata görə, amma bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Belə ki, bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar:

“Bu cür hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır. Bu, xüsusilə, sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə qəbzlərin daxil edilməsi halları müşahidə edildikdə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır”.

Qurumdan əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır.

“Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan qəbzlərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır”, - Dövlət Vergi Xidmətindən vurğulanıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri