Icma.az
close
up
RU
ƏDV güzəştləri ləğv oluna bilər... İdxalın bahalaşması və inflyasiyanın olması ƏDV toplanışını artıracaq

ƏDV güzəştləri ləğv oluna bilər... İdxalın bahalaşması və inflyasiyanın olması ƏDV toplanışını artıracaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir verginin, o cümlədən əlavə dəyər vergisi (ƏDV) tətbiqinin əsas məqsədi dövlət büdcəsinin gəlirlərinin artımını təmin etməkdir. 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi gözlənilir. Məlumata görə bu 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur. Əlavə dəyər vergisi üzrə daxilolmaların 4 milyard 434,8 milyon manatını (48,3 %)-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 750 milyon (51,7%)-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. 2025-ci ilə nisbətən 4 % çox ƏDV gəlirlərinə malik olacağı təxmin edilir.ƏDV artımı sahibkarlığın və biznesin inkişafına nə kimi təsiri ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ƏDV dedikdə faiz artımından yox, toplanacaq məbləğin artımından söhbət gedir.

Xalid Kərimli

“Hökumət ƏDV dərəcəsini artırmağı planlaşdırmır. Bəzi güzəştlər var ki, onlar ləğv oluna bilər. Məsələn; hibrid avtomobillərin idxalı zamanı bu ilin sonunadək ƏDV-dən azad olunmağı ilə bağlı güzəşti var. Ola bilsin ki, güzəşt müddətini uzatmayacaq, bu da əlavə ƏDV yığımına gətirib çıxara biləcək. Bundan başqa inflyasiya özü ƏDV artımını şərtləndirir. Müxtəlif mağazalarda məhsulları alarkən ƏDV-ni ödəyirsiniz. Yəni ƏDV biznesin alıcılardan toplayıb dövlətə ödədiyi vergidir. Təbii ki, ƏDV daha çox cəlb olunanda insanlar daha çox vergi ödəməlidirlər. Həmin 18 % ƏDV-nin bir qismini bizə geri qaytarırlar. ƏDV-ni alıcılar ödəyir. ƏDV güzəşti tətbiq olunanda sahibkar sevinir. Çünki qiymət bir az aşağı düşəcək, qiymətin üzərinə 18 % gəlmək lazım olmayacaq. Qiymət aşağı düşəndə alıcı daha çox almaq imkanına malik olacaq. ƏDV-nin artımı ilə hökumət əhalinin alıcılıq qabiliyyətini proqnozlaşdırır. ƏDV-nin bəzi güzəştli verilmiş sahələrdə insanlar güzəştin ləğvi müddəti bitdiyinə görə ordan ƏDV toplayacağını gözləyir. Məsələn; hibridin mühərrikli avtomobillərdə ƏDV güzəşti var, insanlar avtomobilləri ucuz ala bilirlər. Amma ƏDV güzəşti ləğv olunsun, üzərinə 18 % gəlinsin. Əvvəl 30 minə Çin maşınını ala bilirdiksə, olacaq 35 min 400 manat. Bu cür təsir edir. Bunu da sahibkar vətəndaşdan alıb dövlətə verəcək.

İnsanlar birincisi düşünürlər ki, imkanları artacaq, daha çox alış-veriş edəcək. Burdan ƏDV toplanacaq.

İkincisi; inflyasiya ƏDV-nin artımını çoxaldacaq, çünki xaricdən daha baha mal gələndə ƏDV artır. Məsələn; biz yağı 20 manata alırdıq. Bu pulun 3 man 60 qəpiyi ƏDV-dir. Yağ 25 manata olanda, bu pulun 4 man 50 qəpiyi ƏDV-dir. Bunu büdcəyə verəcək. İdxalın bahalaşması, inflyasiyanın olması ƏDV toplanışını artıracaq”-deyə Xalid Kərimli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri