ƏDV ilə bağlı qaydaların dəyişməsi bu şəxslərə aid ediləcək AÇIQLAMA
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"ƏDV ilə bağlı dəyişiklik çox məhdud sayda sahibkara şamil olunur. Ümumilikdə nə kiçik və orta sahibkarlığa, nə də iri biznes subyektlərinə aidiyyəti var. Dəyişiklik əsasən mikrosahibkarlara aiddir. Buraya məhəllə marketləri, kiçik yeməkxanalar, əhaliyə xidmət göstərən xırda kimyəvi təmizləmələr və camaşırxanalar daxildir. Ölkə üzrə bu dəyişiklik maksimum 300–400 sahibkarı əhatə edir və genişmiqyaslı xarakter daşımır".
Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Vəli Əliyev deyib.
O, bildirib ki, bu yanaşma düzgün deyil:
"Səbəb isə ondan ibarətdir ki, fərqli fəaliyyət sahələrinə fərqli vergi yanaşması tətbiq olunur. Məsələn, mikrosahibkar kimi tərcümə xidməti göstərən şəxs bütün gəlirini köçürmə yolu ilə, yəni nağdsız şəkildə əldə edir və onun dövriyyəsi tam məbləğlə hesablanır. Digər tərəfdən, məhəllə marketi də mikrosahibkardır, lakin burada gəlirin bir hissəsi nağd, bir hissəsi isə nağdsız formada olur. Bu halda nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq edilir. Yəni 100 manat nağdsız gəlir ƏDV qeydiyyatı üçün 50 manat kimi nəzərə alınır. Nəticədə məhəllə marketi 250 min manat dövriyyədən sonra ƏDV qeydiyyatına düşür, lakin tərcümə xidməti göstərən mikrosahibkar 200 min manatdan sonra bu öhdəliklə üzləşir. Bu isə ədalətli yanaşma hesab edilə bilməz".
Ekspert bildirib ki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, vergi ödəyiciləri arasında siyasi, ideoloji, etnik və ya fəaliyyət növünə görə fərqli yanaşma tətbiq oluna bilməz:
"Halbuki mövcud dəyişikliklər məhz fəaliyyət növünə görə fərqləndirmə yaradır. Nəticə etibarilə, bu gün tətbiq olunan dəyişikliklərin əsas hədəfi məhəllə marketləri və oxşar mikrosahibkarlıq subyektləridir. Şəbəkə marketlərə və iri bizneslərə isə heç bir təsiri yoxdur. Üstəlik, bu qaydalardan təsirlənən sahibkarların sayı da 300–400 nəfəri keçmir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu şəxslərə elektron siqaret də qadağan ediləcək AÇIQLAMA
03 Noyabr 2025 19:39
Bu şəxslərə Amnistiya Aktına aid edilməsi mümkündür AÇIQLAMA
03 Fevral 2025 17:13
Qanunsuz ov edən şəxslərə bu cəzalar tətbiq ediləcək AÇIQLAMA
27 Noyabr 2024 18:05
Bu şəxslərə güzəştlər ediləcək
29 Dekabr 2024 12:46
Bu şəxslərə 1 600 manat ödəniləcək? AÇIQLAMA
13 May 2025 09:43
Baxış sayı:86
Bu xəbər 16 Dekabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları