Icma.az
close
up
RU
Bu şəxslərə Amnistiya Aktına aid edilməsi mümkündür AÇIQLAMA

Bu şəxslərə Amnistiya Aktına aid edilməsi mümkündür AÇIQLAMA

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Əliməmməd Nuriyev: Amnistiya Aktınının Novruz bayramı kimi özəl günlərdə baş tutması real ola bilər


Novella Cəfəroğlu: Jurnalistlərə, siyasi motivlə həbs edilənlərə mütləq amnistiya olmalıdır


Bu gün ölkəmizdə bir Amnistiya Aktına ehtiyac var.

Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub: “Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər".


Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Sherg.az"a deyib ki, Siyavuş Novruzovun təklifi ölkədə dini və humanist siyasətə olan ehtiyacı gündəmə gətirir:


"Azərbaycanda 1995-ci ildən bu günə qədər mütəmadi olaraq qəbul edilən Amnistiya Aktı 160 minə yaxın məhkuma şamil edilib. Bütün bunlar dövlətimizin təbiətinə görə hüquqi-demokratik və mərhəmət prinsipi ilə fəaliyyətinin göstəricisidir. Eyni zamanda ötən müddət ərzində Azərbaycanda 70 əfv sərəncamı 10 mindən artıq şəxsə aid olunub. Bunların əksəriyyəti azad edilib, bir hissəsinin isə cəzası yarıya endirilib. II Qarabağ müharibəsindəki qalibiyyətimizin ildönümünə həsr edilən sonuncu Amnistiya Aktı 2021-ci ildə Zəfər Günü münasibətilə qəbul olundu və 17 mindən çox şəxsə aid idi. Yeni Amnistiya Aktının imzalanmasının zamanı yetişib. Digər tərəfdən ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi səbəbindən Prezident İlham Əliyev bu ili "Konstitusiya və Suverenlik İli" elan edib. Belə bir vaxtda, həmçinin milli birliyə dəstək məqsədilə Amnistiya Aktının qəbul edilməsi məqsədəuyğun olardı. Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral və 2019-cu il 3 aprel fərmanları məhz cəzanın humanistləşdirilməsi ilə bağlı idi".


Hüquqşünasın sözlərinə görə, bir dövlətin öz xalqına qarşı bağışlayıcı xarakter daşıması millətin hakimiyyətə inanımını artıracaq:

"Amnistiya Aktınının Novruz bayramı kimi özəl günlərdə baş tutması real ola bilər. Ümumiyyətlə sağlamlıq məhdudiyyəti olan, Vətən müharibəsində iştirak edib daha sonra həbs edilmiş, yetkinlik yaşına çatmayan və s. şəxslərin Amnistiya Aktına aid edilməsi mümkündür".


Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, Siyavuş Novruzovun fikirlərini alqışlayır:


"Bir çox dövlətlər bizim içərimizdə münaqişə, xaos yaratmaq istəyirlər. Gündə bir cəsus dəstəsi tapılır. Onun üçün bu addım bizim hamımızı birləşdirər. Dünya paxıllıq dünyasıdır, bununla bizə qarşı atılan bütün ittihamları bir dəfəlik boynumuzdan atarıq. Minlərlə insan ailəsinə qovuşar. Dövlət cəmiyyətin ümid yeridir, hər bir yaxşı  addım onu daha da çox dövlətə bağlayır. Digər tərəfdən müharibədə olan hər kəsi bağışlamaq lazımdır. 30 ildən çoxdur ki, həbsxanadadırlar. Jurnalistlərə, siyasi motivlə həbs edilənlərə mütləq amnistiya olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri