Icma.az
close
up
RU
ƏDVlər balansa niyə gec oturur? SƏBƏB məlum oldu

ƏDVlər balansa niyə gec oturur? SƏBƏB məlum oldu

Icma.az bildirir, News24 portalına istinadən.

Bəzi hallarda marketlərdən alınan məhsulların çeki üzərindəki ƏDV (Əlavə Dəyər Vergisi) məbləği müştərinin hesabına gecikərək daxil olur. Paytaxt sakinləri bildirirlər ki, ƏDV vəsaiti bəzən 1 ay, hətta daha uzun müddət ərzində balansda görünmür.

Bəs niyə ƏDV balansa gec keçir?

News24.az Day.Az-a istinadla xəbər verir ki, iqtisadçı Ruslan Atakışiyev Milli.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ƏDV sistemi ümumilikdə vəsaitin hesablanması və ödənilməsi əsasında eyniləşmə (sinxronizasiya) aparır. Yəni əvvəlcə ümumi məbləğ hesablanır, sonra isə həmin məbləğ ödəmə prosesinə daxil olur.

Dövlət Vergi Xidmətindən verilən açıqlamaya görə, alıcılar, alınan məhsulu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdirlər. Bu müddət ərzində daxil olan kassaya aid çeki "gözləmə" statusunda qalır. Həmin müddət bitdikdən sonra isə çeki aktivləşdirilir. Bu zaman növbəti mərhələ baş verir və müvafiq məlumatlar banklara göndərilir. 30 gün ərzində isə müştəriyə nəzərdə tutulan vəsait geri qaytarılır.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi ilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda müvafiq şəxsin elektron kabineti yaradılaraq virtual "pul qabı" formalaşdırılır.

İstehlakçı mal və ya xidmətin dəyərini nağd və ya nağdsız ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı müştəriyə onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Nağdsız ödənişlər zamanı isə, əgər POS-terminal nəzarət-kassa aparatına inteqrasiya olunmayıbsa, istehlakçı POS-terminaldan çıxarış almalıdır.

İstehlakçı, nəzarət-kassa aparatının çeki üzərindəki məlumatları 90 gün ərzində www.edvgerial.az portalına daxil etməlidir. Bu zaman, "BirBank" və "ABB Mobile" tətbiqləri vasitəsilə də çeki skan edərək ƏDV-nin geri qaytarılmasını daha rahat şəkildə həyata keçirmək mümkündür. Həmin tətbiqlər portalda qeydiyyatdan keçmiş telefon nömrəsinə yüklənməlidir və QR kod oxudulduqdan sonra ƏDV ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunur.

İstehlakçı tərəfindən təqdim olunan məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazası ilə müqayisə olunur. Çek təsdiq edildikdən dərhal sonra müştərinin elektron kabinetində bu məlumatlar əks olunur. Çekdən 30 gün sonra nağd ödənişlər üzrə 5%, nağdsız ödənişlər üzrə isə 17,5% ƏDV məbləği müvafiq bank tərəfindən müştərinin virtual "pul qabı"na köçürülür.

Qeyd edək ki, bu qaydalar supermarketlər, pərakəndə ticarət obyektləri, restoranlar və kafelərdən alınan mallar və göstərilən xidmətlər üzrə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tətbiq edilir. Lakin yanacaqdoldurma məntəqələrindən alınan neft və qaz məhsullarına görə ödənilən ƏDV geri qaytarılmır.

Geri qaytarılan vəsait virtual "pul qabı"na tam olaraq mədaxil edilir və istifadəçilər bu vəsaitdən kommunal ödənişlər, mobil telefon, internet, TV, cərimələr və sığorta ödənişləri kimi əməliyyatlar üçün istifadə edə bilərlər. Həmçinin, bu vəsait bank kartlarına köçürülərək nağdlaşdırıla bilər, lakin bu zaman bankın tariflərinə uyğun komissiya tətbiq oluna bilər. Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı isə ƏDV-nin geri qaytarılması əməliyyatlarına görə komissiya tutmur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:382
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri