Icma.az
close
up
RU
ƏƏSMN nümayəndə heyəti Türkiyədə Fotolar

ƏƏSMN nümayəndə heyəti Türkiyədə Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, səfər əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı qardaş ölkənin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.

Nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri və Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanlığı) Media və yayım şöbəsinin müdiri Dr. Zeynep Zelan, Strateji kommunikasiya və böhranların idarə edilməsi şöbəsinin müdiri Kasım İleri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Durmuş Ersoy, korporativ kommunikasiya koordinatoru Sümeyra Değirmenci ilə görüşü olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsində olan münasibətlərin əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlığa imkan yaratdığı vurğulanıb. Bu səfərlə artıq yeni bir istiqamətdə - əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə əməkdaşlığa başlandığı qeyd edilib.

Müasir dövrdə kommunikasiyanın ictimai etimadın formalaşdırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ictimai etimadın yaradılmasında mühüm rolu, bu sahədə təcrübələrin paylaşılmasının qarşılıqlı faydalı olduğu  vurğulanıb.  Departamentin fəaliyyəti, tətbiq etdiyi yeni innovativ alətlər (DES, CİMER), korporativ rəqəmsal sistemləri barədə məlumat verilib.

Görüş iştirakçıları strateji kommunikasiya sisteminin təşkili, vətəndaşyönümlü xidmət yanaşmaları, rəqəmsal media ilə iş, süni intellektdən kommunikasiya fəaliyyətində istifadə, dezinformasiya ilə mübarizə və s. məsələlərlə bağlı fikirlərini, iş təcrübələrini diqqətə çatdırıblar.

Nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin (Türkiye Cumhuriyeti Çalışma ve Sosyal Güvenlik Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ramazan Furkan Turkan və Ailə və Sosial Xidmətlər Nazirliyinin  (Türkiye Cumhuriyeti Aile ve Sosyal Hizmetler Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Uğur Qartal, həmin qurumların kommunikasiya sahəsi ilə bağlı digər əməkdaşları ilə görüşlər keçirib.

Ölkəmizdə əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatların, rəqəmsal, o cümlədən proaktiv xidmətlərin geniş tətbiqinin, DOST konsepsiyası və vətəndaşyönümlü idarəetmə modelinin bu sahədə kommunikasiya fəaliyyətinə də yeni innovativ yanaşmalar gətirdiyi vurğulanıb. Hər iki departamentin nümayəndələri kommunikasiya fəaliyyətləri, o cümlədən yazılı, vizual, rəqəmsal media əlaqələri, rəqəmsal platformalarla bağlı iş praktikaları, media monitorinqi, kontent hazırlanması və s. sahələrdə gördükləri işlər barədə məlumat veriblər.

Görüşlərdə qeyd edilən sahələrdə,  habelə həssas əhali qrupları ilə bağlı kommunikasiya tədbirləri, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq mexanizmləri, operativ məlumatlandırma, ictimai etimadın qorunması, koordinasiya mexanizmləri ilə bağlı təcrübə mübadilələri aparılıb. Bu sahədə gələcəkdə daha sıx əlaqələrin qurulmasının önəmi vurğulanıb.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri