ƏƏSMN uşaq bağçasının direktorundan ofis icarəyə götürüb 262 min manata
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsinə yekun vurub.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Agentlik Sevinc Şəfa qızı İsgəndərovadan ixtisaslaşmış sosial xidmət müəssisəsi üçün ofis sahəsi icarəyə götürəcək.
Bildirilir ki, 1 093 kv. metr ofisin bir il müddətinə icarəsi üçün qarşı tərəfə 262 min 320 manat ödəniləcək.
Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bir il əvvəl – ötən ilin dekabr ayında da Sevinc Şəfa qızı İsgəndərovadan 900 kv. metr ofis sahəsi icarəyə götürüb və qarşılığında 216 min manat ödəyib.
Sevinc Şəfa qızı İsgəndərova vergi ödəyicisi kimi (VÖEN – 2905863792) Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb. Vergi ödəyicisi barədə açıq mənbələrdə başqa bir məlumat mövcud deyil.
Sevinc Şəfa qızı İsgəndərova adlı şəxs eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən 51 saylı uşaq baxçasının direktoru vəzifəsində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















