Efiopiya baş naziri Ələt Azad İqtisadi Zonasında FOTOLAR
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.
Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov nümayəndə heyətinə ƏAİZ-in strateji coğrafi mövqeyi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də Xəzər hövzəsində formalaşan sənaye mərkəzi kimi artan rolu barədə ətraflı məlumat verib.
Bildirilib ki, azad zona unikal qanunvericilik bazasına malikdir və burada investorlar üçün xüsusi hüquqi rejim tətbiq olunur. Qeyd edilib ki, ƏAİZ-də rezidentlərə istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, həmçinin geniş maliyyə və qeyri-maliyyə imtiyazlar paketi təqdim edilir.
Daha sonra ali qonaq azad zona ərazisindəki sənaye mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















