Ələt Azad İqtisadi Zonasında tikilən aeroport beynəlxalq hava limanı olacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Ələt Azad İqtisadi Zonası ərazisində hava limanı tikilir. Əvvəl onun fəaliyyəti yük daşınması üçün nəzərdə tutulmuşdu, lakin sonradan beynəlxalq hava limanı olmasına qərar verildi.
AZƏRTAC xəbər verir ki, bunu Ələt Azad İqtisadi Azad Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hava limanı 750 hektar ərazini əhatə edəcək.
“Bildiyimiz kimi Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişdiyi məkanda yerləşir. Hava limanı tikiləndən sonra bizim investorlar üçün bütün nəqliyyat-logistika məsələləri çox sadə və əlverişli şəraitdə həll olunacaq”, - deyə V.Ələsgərov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















