Icma.az
close
up
RU
Rüstəm Minnixanov Ələt Azad İqtisadi Zonasında olub

Rüstəm Minnixanov Ələt Azad İqtisadi Zonasında olub

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

Modern.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyatı naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş, istifadəyə hazır daxili və xarici torpaq sahələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2023-cü ildən fəaliyyət göstərən FEZ1 Standart sənaye zonasında ümumi ərazisi 30 hektar olan investor sahələri mövcuddur. Diqqətə çatdırılıb ki, Ələt Azad İqtisadi Zonasında ümumilkdə 27 investor qeydiyyatdan keçib. Bunlardan dörd investor sahəsində fəal tikinti işləri aparılır.

Qeydiyyatdan keçmiş daha üç investor isə 2025-ci ilin əvvəlindən tikinti işlərinə başlayacaq.

Bildirilib ki, investor sahələrinə tələbat nəzərə alınaraq 18 ay əvvəl ümumi sahəsi 138 hektar olan yeni ərazidə infrastruktur işlərinə başlanılıb. Bu işlərin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.

Bununla yanaşı, ağır sənaye təyinatlı FEZ3 adlı ərazidə də infrastruktur quruculuğu işləri aparılır. Ümumi sahəsi 350 hektar olan ərazidə tikinti işləri fəal davam edir.

Eyni zamanda, ümumi sahəsi 4313 hektar olan 4-cü zonanın 748 hektarlıq hissəsində SW-AFEZCO şirkətinə məxsus hava limanının tikinti-quruculuq işləri sürətlə davam edir. Hava limanı xüsusilə innovativ texnologiyalar və farmaseptik məhsulların istehsalı üzrə müəssisələr üçün nəzərdə tutulub.

Görüşdən sonra Tatarıstan Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib. Mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri