Efiopiyada torpaq sürüşməsi: Ölənlər və yaralananlar var
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Efiopiyanın Amhara regionunda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər ölüb, daha yeddi nəfər isə xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə AP yerli rəsmilərə istinadən məlumat yayıb.
Sürüşmə Müqəddəs Məryəm monastırının ərazisində baş verib. Hadisə anında orada müqəddəs su ilə təmizlənmə ayinində iştirak edən yüzlərlə dindar olub.
"Faciə bazar ertəsi səhər saat 7 radələrində qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti müqəddəs su almaq üçün gələnlər idi", - deyə yeparxiyanın baş idarəedicisi Meqabe Hadis Neka Tibeb Ababu bildirib.
Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların olması istisna edilmir və zərərçəkənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib. Ölənlərdən 11 nəfəri artıq monastır ərazisində dəfn edilib, digərlərinin cəsədləri isə yaşadıqları yerlərə göndərilib. Bəzi qurbanların şəxsiyyətinin müəyyən edilməsində çətinliklər yaranıb.
Vəziyyəti ağır olan yaralılar hadisə yerindən təxminən 70 km məsafədə yerləşən və Şimali Şeva zonasının inzibati mərkəzi sayılan Debre Birhan şəhərinə təxliyə ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















