Icma.az
close
up
RU
Efirdə yıxılan oxuyançılar: vallah, ta mədəmiz götürmür REPLİKA

Efirdə yıxılan oxuyançılar: vallah, ta mədəmiz götürmür REPLİKA

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

Efirdə "yıxılan" oxuyançılar: vallah, ta mədəmiz götürmür – REPLİKA

Bu gün yenə qarşıma çıxdı ki, Azərbaycanda hansısa müğənninin canlı efirdə ürəyi gedib. Bir də görürsən deyirlər ki, filan oxuyançının canlı efirdə halı pisləşdi. Hələ çoxu guya studiyada "birdən-birə" yıxılır. Bu barədə axtarış matorlarına sorğu versəniz qarşınıza minlərlə belə hadisələr çıxar.

Nətər olursa çoxunun da verilişin canlı getdiyi yerdə səhhətləri qəfildən pisləşir. Özü də elə rahat yıxılırlar, adamın lap paxıllığı tutur. Vallah bizim ətrafımızda özünü artistliyə qoymadan o qədər yıxılan olub ki, yazıqlar aylarla xəstəxanadan çıxa bilməyib. APA GROUP-un bir əməkdaşı vardı, bapbalaca yerdən yıxılmışdı. Neçə ay həkimxanada qaldı, sonra da 1 ilə yaxın qoltuq əsaları ilə gəzdi. Yıxılan bax belə olur. Yoxsa bunlar canlı efirdə yıxılıb, tez oradan da durub hoppana-hoppana gedirlər.

Sən Allah ta bəsdir. Anadolular demiş, bu şou artıq qabaq dadı verməyə başlayıb. Zəhmət olmasa yeni variantlar fikirləşin. Guya camaat bilmir ki, bütün bunlar əvvəlcədən müğənnilərlə aparıcılar arasında olan anlaşmadı? Bizi nə yerinə qoymusunuz?

Kimsə kənardan çıxıb mənə ağıl verməsin ki, bu səhhət məsələsidir, onunla zarafat etmək olmaz. Yaxşı görək, nənələrimiz demiş "ətimiz töküldü". Ya da qınamasın ki, gülmə qonşuna gələr başına. Dedim də sizə qonşumun başına gələni. Yazıq yıxılıb aylarla xəstəxanadan çıxa bilmədi.

Hə, o başqa məsələdir ki, heç bir artistlik etmədən, plan qurmadan hətta dünya ulduzlarının başına da səhnələrdə qəza gəlib. Özü də onların çoxu həyatlarını itirərək baş verən hadisənin qurama olmadığını bütün dünyaya sübut ediblər. İndi mən demirəm ey bizimkilər də ölsün ki, biz də inanaq. Əstəfurullah, lap qurdla qiyamətə qalana kimi yaşasınlar. Amma hoqqa çıxarmasınlar. Allah haqqı artıq mədəmiz götürmür.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 05 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri