Icma.az
close
up
RU
Efirdə “yıxılan” oxuyançılar: vallah, ta mədəmiz götürmür REPLİKA

Efirdə “yıxılan” oxuyançılar: vallah, ta mədəmiz götürmür REPLİKA

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün yenə qarşıma çıxdı ki, Azərbaycanda hansısa müğənni canlı efirdə ürəyi gedib. Bir də görürsən deyirlər ki, filan oxuyançının canlı efirdə halı pisləşdi. Hələ çoxu guya studiyada “birdən-birə” yıxılır. Bu barədə axtarış matorlarına sorğu versəniz qarşınıza minlərlə belə hadisələr çıxar. 

Nətər olursa çoxunun da verilişin canlı getdiyi yerdə səhhətləri qəfildən pisləşir. Özü də elə rahat yıxılırlar, adamın lap paxıllığı tutur. Vallah bizim ətrafımızda özünü artistliyə qoymadan o qədər yıxılan olub ki, yazıqlar aylarla xəstəxanadan çıxa bilməyib. APA GROUP-un bir əməkdaşı vardı, bapbalaca yerdən yıxılmışdı. Neçə ay həkimxanada qaldı, sonra da ilə yaxın qoltuq əsaları ilə gəzdi. Yıxılan bax belə olur. Yoxsa bunlar canlı efirdə yıxılıb, tez oradan da durub hoppana-hoppana gedirlər. 

Sən Allah ta bəsdir. Anadolular demiş, bu şou artıq qabaq dadı verməyə başlayıb. Zəhmət olmasa yeni variantlar fikirləşin. Guya camaat bilmir ki, bütün bunlar əvvəlcədən müğənnilərlə aparıcılar arasında olan anlaşmadı? Bizi nə yerinə qoyubsunuz? 

Kimsə kənardan çıxıb mənə ağıl verməsin ki, bu səhhət məsələsidir, onunla zarafat etmək olmaz. Yaxşı görək, nənələrimiz demiş “ətimiz töküldü”. Ya da qınamasın ki, gülmə qonşuna gələr başına. Dedim də sizə qonşumun başına gələni. Yazıq yıxılıb aylarla xəstəxanadan çıxa bilmədi. 

Hə, o başqa məsələdir ki, heç bir artistlik etmədən, plan qurmadan hətta dünya ulduzlarının başına da səhnələrdə qəza gəlib. Özü də onların çoxu həyatlarını itirərək baş verən hadisənin qurama olmadığını bütün dünyaya sübut ediblər. İndi mən demirəm ey bizimkilər də ölsün ki, biz də inanaq. Əstəfurullah, lap qurdla qiyamətə qalana kimi yaşasınlar. Amma hoqqa çıxarmasınlar. Allah haqqı artıq mədəmiz götürmür. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri