Icma.az
close
up
RU
Efirə çıxan məşhurları buna görə AĞLADIRLAR?! SİRLƏR AÇILDI

Efirə çıxan məşhurları buna görə AĞLADIRLAR?! SİRLƏR AÇILDI

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Son vaxtlar efirə çıxan sənət adamları həssaslıqları ilə müzakirələrə səbəb olur. Tamaşaçılar bəzən bu durumdan narazılıqlarını dilə gətirir, bildirirlər ki, əvvəllər məşhurlar insanlara sevinc bəxş edir, ifaları və səhnə bacarıqları ilə yadda qalırdılar. İndi isə gözyaşları və dərdləri ilə…

Bəs cəmiyyətdəki vəziyyətin belə gərgin vaxtında müğənnilər bu cür davranışları nə qədər düzgündür?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, sənət adamları da bəzən çətinliklərlə üzləşə, ağır günlərdən keçə bilirlər və bunu hər zaman gizlətmək mümkün deyil:

“Bir çox müdriklərin dəfələrlə təkrarladığı fikri hörmət etdiyim kinofilosof Çarli Çaplin vaxtilə dilə gətirib. Deyib ki, başqaların sevinc və gülüş bəxş edən təlxəklər, sənət adamları, aktyorlar, sənətkarlar öz içində ağlayırlar, tənhadırlar və böyük faciələri gizlədirlər. Keçmiş sovet dövründən bu yana bizim tamaşaçılar sanki saxtakarlığa öyrəşdirilib. Sənət adamları, ictimai elm və mədəniyyət xadimləri yalnız uğur hekayələrini danışmaqla, qazandıqları nailiyyətləri sadalamaqla, sevinc hislərini, xoş günlərini dilə gətirməklə tamaşaçıların qəlbini ələ almağa çalışıblar. Sovet dövrünün ideologiyası bundan ibarət idi ki, SSRİ-də kədər, qəm, mənfilik ola bilməz. Lakin illər keçdikcə dünyanın hər yerində sənət adamları mədəniyyət xadimi olmaqla yanaşı, həm də bir insan olaraq çıxış edirlər. Onlar da hamı kimi doğulub öldüklərini, böyük kədər və problemlər yaşadıqlarını dilə gətirirlər”.

Onun sözlərinə görə, dünya təcrübəsində də məşhurların ağır günləri barədə publik etirafları son illər geniş yayılıb:

“Bu proses Azərbaycanda son vaxtlar başlayıb. Tanınmışlar artıq sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, həm də həyatlarındakı çətinliklər, problemlər barədə danışırlar. Hətta xarici ölkələrdəki bir çox tanınmış müğənnilər, sənət adamları, aktyorlar və aktrisalar rejissorlar yaxud ata-anaları, yaxın qohum-əqrəbaları tərəfindən zorlandığını, psixoloji və fiziki təzyiqə məruz qaldıqlarını dilə gətirirlər. Onların sayəsində başqalarının başına oxşar hadisələrin gəlməsinin qarşısını alacaq, çox böyük rezonans oyatmış sosial, mənəvi, psixoloji və ictimai, mədəni etirafları görmüş oluruq.

Belə nümunələri ölkəmizdə hələ ki az sayda müşahidə edirik. Çünki biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik. Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq “sən uşaqsan, sus, dinmə” deyilərək susdurulmağımız az olmayıb. Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız “vay, getmə gözümdən, ölərəm” deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 05 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri