Icma.az
close
up
RU
Efirə çıxan məşhurları buna görə AĞLADIRLAR?! SİRLƏR AÇILDI

Efirə çıxan məşhurları buna görə AĞLADIRLAR?! SİRLƏR AÇILDI

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar efirə çıxan sənət adamları həssaslıqları ilə müzakirələrə səbəb olur. Tamaşaçılar bəzən bu durumdan narazılıqlarını dilə gətirir, bildirirlər ki, əvvəllər məşhurlar insanlara sevinc bəxş edir, ifaları və səhnə bacarıqları ilə yadda qalırdılar. İndi isə gözyaşları və dərdləri ilə...

Bəs cəmiyyətdəki vəziyyətin belə gərgin vaxtında müğənnilər bu cür davranışları nə qədər düzgündür?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, sənət adamları da bəzən çətinliklərlə üzləşə, ağır günlərdən keçə bilirlər və bunu hər zaman gizlətmək mümkün deyil:

“Bir çox müdriklərin dəfələrlə təkrarladığı fikri hörmət etdiyim kinofilosof Çarli Çaplin vaxtilə dilə gətirib. Deyib ki, başqaların sevinc və gülüş bəxş edən təlxəklər, sənət adamları, aktyorlar, sənətkarlar öz içində ağlayırlar, tənhadırlar və böyük faciələri gizlədirlər. Keçmiş sovet dövründən bu yana bizim tamaşaçılar sanki saxtakarlığa öyrəşdirilib. Sənət adamları, ictimai elm və mədəniyyət xadimləri yalnız uğur hekayələrini danışmaqla, qazandıqları nailiyyətləri sadalamaqla, sevinc hislərini, xoş günlərini dilə gətirməklə tamaşaçıların qəlbini ələ almağa çalışıblar. Sovet dövrünün ideologiyası bundan ibarət idi ki, SSRİ-də kədər, qəm, mənfilik ola bilməz. Lakin illər keçdikcə dünyanın hər yerində sənət adamları mədəniyyət xadimi olmaqla yanaşı, həm də bir insan olaraq çıxış edirlər. Onlar da hamı kimi doğulub öldüklərini, böyük kədər və problemlər yaşadıqlarını dilə gətirirlər".

Onun sözlərinə görə, dünya təcrübəsində də məşhurların ağır günləri barədə publik etirafları son illər geniş yayılıb:

"Bu proses Azərbaycanda son vaxtlar başlayıb. Tanınmışlar artıq sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, həm də həyatlarındakı çətinliklər, problemlər barədə danışırlar. Hətta xarici ölkələrdəki bir çox tanınmış müğənnilər, sənət adamları, aktyorlar və aktrisalar rejissorlar yaxud ata-anaları, yaxın qohum-əqrəbaları tərəfindən zorlandığını, psixoloji və fiziki təzyiqə məruz qaldıqlarını dilə gətirirlər. Onların sayəsində başqalarının başına oxşar hadisələrin gəlməsinin qarşısını alacaq, çox böyük rezonans oyatmış sosial, mənəvi, psixoloji və ictimai, mədəni etirafları görmüş oluruq.

Belə nümunələri ölkəmizdə hələ ki az sayda müşahidə edirik. Çünki biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik. Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq “sən uşaqsan, sus, dinmə” deyilərək susdurulmağımız az olmayıb. Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız “vay, getmə gözümdən, ölərəm” deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri