Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb FOTO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılıb.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Əfqanıstandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılıb.
Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb.
Mərkəzin sinif və müəllimlər otaqları lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















