Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Icma.az bildirir, Marja.az portalına istinadən.
19 oktyabr tarixində Toyota Bakı Mərkəzi xüsusi qonağı, sumo tarixinin ən böyük çempionlarından biri, 69-cu Yokozuna Hakuho Sho-nu qəbul edib.
Bakıda keçirilən Sumo World Championships 2026 yarışlarının ardınca baş tutan “Champion’s Journey” tədbiri Yaponiya mədəniyyətini, sumonun çoxəsrlik ənənələrini və Toyota fəlsəfəsini bir araya gətirib. Tədbirdə KİV nümayəndələri, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının üzvləri, Toyota nümayəndələri və müştəriləri iştirak ediblər.
Görüş zamanı 25 ilini peşəkar sumoya həsr etmiş Hakuho Sho öz karyerasından, sumonun tarixi və fəlsəfəsindən danışıb. O, sumonun yalnız güc və mübarizə deyil, ilk növbədə hörmət, intizam və özünə nəzarət üzərində qurulan bir mədəniyyət olduğunu vurğulayıb.
Tədbirin xüsusi məqamlarından biri Hakuho Sho-nun Beynəlxalq Sumo Federasiyasının (IFS) yeni prezidenti kimi Bakıda Toyota ailəsi ilə görüşü olub. Bu vəzifədə Akio Toyoda-nı əvəz edən Hakuho Sho onun “Sumo to the World” vizyonunu davam etdirəcəyini bildirib.
Tədbirin sual-cavab hissəsi də maraqlı anlarla yadda qalıb. Qonaqlardan birinin “Hansı avtomobildən istifadə edirsiniz?” sualına Hakuho Sho Lexus LM cavabını verib. Bu spontan cavab qonaqların xüsusi marağına səbəb olub.
Görüş yalnız söhbətlə kifayətlənməyib. Hakuho Sho qonaqlara sumonun əsas hərəkət və texnikalarını canlı nümayiş etdirib, ardınca isə tədbirin “Champion Meets Champion” hissəsində Toyota Land Cruiser ilə xüsusi foto sessiya keçirilib.
Toyota Bakı Mərkəzində keçirilən bu xüsusi görüş iki fərqli dünyanın ortaq dəyərlərini ön plana çıxarıb: hörmət, güc, intizam və daim daha yaxşıya doğru irəliləmək.
Tədbir Hakuho Sho-nun bütün dünyada sumonun inkişafına həsr etdiyi “One Team, One Dream” mesajı ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















