Icma.az
close
up
RU
Bakı Enerji Səhnəsinin Mərkəzində

Bakı Enerji Səhnəsinin Mərkəzində

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

3–5 iyun 2025-ci il tarixlərində Azərbaycan paytaxtı Bakıda regionun ən mötəbər enerji tədbirləri – 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgiləri, eləcə də 30-cu “Baku Energy Forum” keçirilir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan qlobal enerji dialoqunda söz sahibi olan ölkələrdən biridir.

Bu ilki sərgi və forumlarda dünyanın 35-dən çox ölkəsindən 300-dən artıq şirkət, o cümlədən aparıcı transmilli enerji korporasiyaları və texnoloji innovasiya şirkətləri təmsil olunur. Tədbirlərdə həmçinin enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, karbonsuzlaşdırma siyasəti, regionlararası əməkdaşlıq və enerji bazarının gələcəyi müzakirə olunur.

Bu Forumda açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi və çıxışı tədbirin siyasi və iqtisadi çəkisini daha da artırıb. Dövlət başçısı çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurları, neft-qaz sənayesindən bərpaolunan enerjiyə keçid strategiyasını və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bu il yaşıl enerji ilə bağlı stendlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur – bu isə Azərbaycanın enerji siyasətindəki dönüş nöqtəsini əks etdirir.

Panel sessiyalarında yerli və xarici ekspertlər, enerji şirkətlərinin rəhbərləri, hökumət nümayəndələri iştirak edir. Bu il ilk dəfə olaraq süni intellekt və rəqəmsallaşma məsələləri ayrıca texnoloji paneldə müzakirə olunur.

Sərgi və forum həm də Azərbaycanın enerji siyasətində iki paralel xəttin – ənənəvi neft-qaz sektorunun sabitliyi ilə yanaşı, bərpaolunan enerjiyə strateji keçidin harmonik şəkildə davam etdirildiyini göstərir.

İşğaldan azad olunmuş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda aparılan yaşıl enerji layihələri, Xəzərin dayanıqlı enerji mənbəyi kimi istifadəsi və Avropaya yaşıl enerji ixracı bu vizyonun əsas dayaqlarıdır.

“İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev "Operativ Məlumat Mərkəzi-OMM" -ə müsahibəsində bildirib ki, Bakı şəhərində keçirilən Xəzər beynəlxalq neft-qaz sərgisi ölkənin enerji təhlükəsizliyi məqsədindən keçirilmir. Bu tədbirlər adətən sektorda fəaliyyət göstərən şirkətlərin, dövlət qurumlarının, alimlərin, qeyri-nümayəndələrin hamısının bir-birindən, sektor, fikir, təcrübə mübadiləsi, xarakterini daşıyır.

Sədr qeyd edib ki, burada şirkətlər yeni tərəfdaşlar qazanırlar, ortaq layihələri müzakirə edirlər. Ən əsası isə sektorda bugünkü gündə formalaşmış yeni texnologiyaları öyrənirlər. Çünki, yeni texnologiyaların tanınması, onların satışı üçün də gözəl imkan yaradır. Və həmçinin, belə tədbirlər çərçivəsində müxtəlif toplantılar, forumlar da keçirilir ki, burada əməkdaşlığın daha da dərinləşməsi istiqamətində birgə müzakirələr olur.

30-cu yubiley tədbirləri olan “Caspian Oil and Gas” və “Baku Energy Forum” bir daha nümayiş etdirdi ki, Bakı artıq təkcə neftin paytaxtı deyil, həm də qlobal enerji keçidinin əsas platformalarından biridir. Bu beynəlxalq enerji toplantısı Azərbaycanın qlobal enerji dialoquna verdiyi töhfəni daha da gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 03 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri