Icma.az
close
up
RU
Menu

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

ƏFV ETMƏ, YOXSA İNSAN ALVERİ SİSTEMİ? Şapur Qasimi yazır

ƏFV ETMƏ, YOXSA İNSAN ALVERİ SİSTEMİ? Şapur Qasimi yazır

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hürriyyət” qəzetinin 27 may 2025-ci il tarixli sayında “Prezident 220 nəfəri əfv etdi” başlıqlı yazıda Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli sərəncamı ilə 220 nəfər məhkumun əfv edilməsi xəbəri yayımlanıb. Bunlardan 175 nəfər azadlıqdan məhrum edilmiş, 27 nəfərin cəzasının çəkilməmiş hissəsi 50 faitz azaldılıb, 2 nəfərin azadlıqdan məhrumetmə cəzası təxirə salınmış, 1 nəfər şərti cəza almış, 10 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 4 nəfər islah işləri cəzasından, 1 nəfər cərimə cəzasından qurtulub. Bunların 16 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qurupunun üzvü Novella xanım Cəfəroğlu, müxtəlif hüquq müdafiə qruplarından bütövlükdə 100-dən çox məhkumun adı olan siyahının Əfv Məsələləri komissiyasına verildiyinə baxmayaraq onların heç birinin adının əfv sərəncamı siyahısına düşmədiyini bildirib. Əlavə edib ki, – “Biz hüquq müdafiəçiləri, ziyalılar məhbuslarla bağlı birbaşa Prezidentə üz tutanda məsələ həllini tapır. Başqa instansiyalardan Ombudsmanla işləyəndə də razı qalırıq, çünki Ombudsman öz səlahiyyətləri çərçivəsində olanda bizim xahişimizi həll edir, səlahiyyətlərindən kənar olan xahişlərimizi isə yuxarılara çatdırır. Ancaq Əfv Komissiyası belə etmədi. Müraciətlərimiz komissiyada ilişib qaldı, həllini tapmadı. İndi mənə çoxsaylı telefon zəngləri daxil olur. Həm azadlığını ən azı səhhətlərindəki problemlər sarıdan zəruri saydığımız dustaqların taleyindən, həm də hüquq müdafiəçilərinin siyahısından heç kimin əfvə düşməməsinə görə Azərbaycana qarşı sərgilənə biləcək münasibətdən narahatam”.

Yazını oxuyarkən, istər-istəməz təbiət və cəmiyyətdə gedən proseslərin, baş verən hadisələrin iki əks qütblu, əksliklərin vəhdəti olduğunu xatırlamaya bilmirsən. Cinayət və cəza da bu sonsuz sayda mövcud olan əksliklərin vəhdətindən biridir. Normal cəmiyyətdə hər bir cinayətin sonu qaçılmaz, həm də adekvat cəza ilə sonunclanmalıdır. Normal olmayan cəmiyyətlərdə isə mövcud konkret şəraitdən asılı olaraq bu proses çox vaxt əksinə baş verir. Yəni günahsız insanlar cəzalandırılır, cinayətkarlar isə nəinki cəzadan kənarda qalır, Azərbaycandakı kimi üstəlik mükafatlandırılır da. Günahsız cəzalandırılan insnaların “mükafatı” da, zindan həyatından əlavə işgəncələrə, xəstəliklərə düçar edilməsi, şəxsi həyatının ömürlük zəhərlənməsi, hətta bəzən həyatını belə itirməsi olur.

Novella xanımın, – “Biz hüquq müdafiəçiləri, ziyalılar məhbuslarla bağlı birbaşa Prezidentə üz tutanda məsələ həllini tapır və Ombudsmanla işləyəndə də razı qalırıq”, ifadələri də çox maraqlıdır. Çünki, hüquq müdafiəçiləri həqiqətən də cinayət törədərək adekvat cəza almış məhbusun Prezident və ya Ombudsman vasitəsilə cəzasından tam və ya qismən azad edilməsinə nail olursa, onda Prezident, Ombudsman, hüquq müdafiəçisi, ziyalı zərərçəkmişə qarşı cinayət törətmiş, onun qanuni hüququnu pozmuş olur. Əgər onlar qanunsuz cəza almış, yaxud etdiyi əməlinə adekvat olmayan aldığı cəzadan azad edilirsə, ona qanunsuz və ya adekvat cəza verməyənlər cəzalandırılmalıdır. Çünki hər hansı bir insanı haqlı cəzadan azad etmək cinayət olduğu kimi, günahsız insanı cəzalandırmaq da cinayətdir. Bu zaman istər-istəməz, – “İndiyədək hüquq müdafiəçiləri ziyalılar günahsız insana qanunsuz olaraq cəza verən cinayətkara adekvat cəza verilməsi ilə əlaqədar Prezidentə, Ombudsmana müraciət ediblərmi? Əgər ediblərsə bu müraciət müsbət həllini tapıbmı?”

Novella xanımın dediyi kimi, məsələni Prezidentlə və ya Ombudsmanla həll etdikləri halda məhkumun və ya zərərçəkənin qanunda nəzərdə tutulan hüququ pozulursa, bunu edən Prezident, Ombudsman, hüquqi müdafiəçisi, ziyalı özü cinayətkar, cinayətin iştirakçısı, proses isə insan alveri statusu daşımırmı? Belə ki, hər iki halda cinayətkar cinayət məsuliyyətindən tam və ya qismən də olsa yayındırılmış, zərərçəkənə qarşı cinayət törədilmiş olur. Qanun hamı üçün yazılırsa, niyə kiminsə, kimlərinsə onu pozmaq hüququ olmalıdır? Qanunu cəzasız pozmaq olarsa, onda qanun niyə yazılır? Molla Nəsrəddin demişkən: – “Pişikdirsə ət hanı, yox, ətdirsə onda pişik hanı?”

Hər bir cəmiyyətdə bütün digər prosseslərlə birgə cinayət və cəza prosesinin də normal, təbii qaydada getməsi, yəni hər hansı bir cinayətin adekvat cəzadan yayına bilməməsi üçün cəmiyyətdə qanunun, həm də ƏDALƏTLİ QANUNUN ŞAH STATUSUNDA mövcudluğu zəruri şərtlərdən biridir. Ona görə yazıram ki, sırf hüquqi baxımdan ən ədalətli qanunlar belə, bu qanunların reallaşdırılması üçün cəmiyyətdə uyğun iqtisadi və inzibati sistem olmadan, onların reallaşdırılması mümkün deyil. İstənilən cəmiyyətdə bu 3 (üç) uyğun şərt real olaraq mövcud olmadıqda, təkcə cinayət və cəza prosesi deyil, heç bir prosesin gedişinin normal daimi sabitliyi təmin edilə bilməz.

Azərbaycanda iqtisadi, inzibati, hüquqi, təhsil, tibb və s. sistemlərindəki istənilən bütün proseslərin, o cümlədən cinayət və cəza prosseslərinin real gedişinə baxdıqda, proseslərin normal gedişi üçün zəruri olan bu üç şərtin heç birinin mövcud olmadığı çox aydın görünür. Novella xanım ölkəmizdə hüquq müdafiəçisi olaraq uzun illər fəaliyyət göstərmiş, bu sahəyə yaxşı bələd olan bir insandır. Bu üzdən onun bu əfv fərmanı haqqında qısa fikirləri ölkəmizdə mövcud olan quruluşun bir neçə əsaslı eybəcərliyini ortaya qoyur. Bu eybəcərliyin ikinci əsas səbəbi miqyas və əhəmiyyət etibarilə ən mühüm olanı QANUNUN ALİLİYİNİN mövcud olmamasıdır. Yəni Konstitusiya və ondan irəli gəlib, qəbul edilmiş qanunların məzmun və mahiyyətində qanunun deyil, MƏMUR İRADƏSİNİN həm vətəndaş, bütövlükdə cəmiyyətin hüquqları və bu hüquqları reallaşdırmaq üçün nəzərdə tutulmalı olan qanunlar üzərində ALİLİYİ rəsmən təmin edilmişdir.

Belə ki, ölkədə yazılmış bütün qanunların icra edilib edilməməsi, nə vaxt, hansı qayda, məzmunda və çərçivədə icra edilməsi qanuna əsasən deyil, ancaq təsərrüfat, ictimai təşkilatlarından tutmuş, pilləvari dövlət piramidasının ən aşağı pilləsində oturan məmurdan, üzüyuxarı ölkə prezidentinin və onun yaxınlarının şəxsi istəyinə, iradəsinə tabe edilmişdir. Bu hal ölkəmizin strateji hüquqi sənədi olub, cəmiyyətimizdə baş verən bütün iqtisadi-ictimai, o cümlədən hüquqi proses və hadisələrin tənzimlənməsi qaydalarını və çərçivəsini əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının VII maddəsinin 3-cü bəndində, – “İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur”, yazılaraq, qəbul edilməsilə təsbit edilərək rəsmiləqdirilmişdir. Konstitusiyanın məhz bu bəndi ölkədə mövcud olan bütün iqtisadi, ictimai, eləcə də, idarəetmənin üç əsas sütunu olan, qanunvericilik, məhkəmə, icra strukturlarının fəaliyyətinin məzmun və mahiyyətini Avropanın orta əsr inkviziyası və XX əsrin ortalarında Cənubi Afrikada mövcud olmuş aparteid rejimi qaydalarına uyğun olan, həm də bu qaydaların konkret formalarını, dövlətin bütün orqanlarına, iqtisadi, inzibati, təşkilatlara başçılıq edən şəxslərin vəzifələrə təyin edilməsini, inzibati hakimiyyətin və iqtisadi mülkiyyətin bir tayfanın əlində cəmləşdirildiyi mütləqiyyət və kapital despotizmi hökmüranlığının mənafeyi, subyektiv iradəsi, şıltaqları, cəmiyyəti istisna edilmədən bütün sahələrdə terror və qətliamlara (genosidə) məruz qoymaqla hakimiyyətinin ömrünü uzatmaq məqsədinin reallaşdırılması üçün yazılıb və hələ ki, bunu təmin etməkdədir.

Lakin bunun fəlakətli nəticəsi olacaq sosial partlayışın baş verəcəyinin əlamətləri artıq ortadadır. Bunun beynəlxalq və ölkədaxili əlamətlərini dərk etməmək üçün ya naxırçı zehniyyətinə malik olmaq, ya da Şeyx Allahşükür Paşazadənin səmimiyyətlə etiraf etdiyi kimi, vicdanın nə olduğunu bilməmək lazımdır. İkinci birincidən miqyas və əhəmiyyət baxımından sadəcə olaraq eybəcərlik olmayıb, Konstitusiyanın VII maddəsinin III bəndi ilə 10 (on) milyonluq insanı, dünyanın XXI əsrinin inkişafının bu günkü yüksək inkişafı şəraitində, şəxsi əşya, ev heyvanı statusunda bir nəfərin xüsusi mülkiyyətinə verib, onun tayfasının və bu qullar üzərində nəzarətçi və idarəetmə funksiyalarını yerinə yetirmək üçün zəruri həddə, özünün bu inqzibati və mülkiyyət hüququnun istifadə etmə və sərəncam hüququnu inzibati, iqtisadi, təsərrüfat, hətta ictimai təşkilatlardakı məmur ordusuna transfer etməsidir. Əgər başda prezident olmaqla bütün məmur ordusunun vəzifə funksiyalarına uyğun bilik, savad və s. zəruri keyfiyyətlərinin, maraqlarının olmamasından sərf-nəzər etdikdə belə, nəinki 10 (on) milyonluq, hətta 1 (bir) milyonluq əhalisi olan cəmiyyətdə baş verən ən müxtəlif sahələrdə baş verən çoxsaylı prosesləri, milyonlarla hadisələri, 100 (yüz) prezident belə öz komandası ilə birlikdə ədalətlə qiymətləndirə, düzgün, obyektiv qərar çıxara bilməz. Buna ancaq hətta milyardlardan ibarət olan cəmiyyətlərdə belə, etməyə Konstitusiyada hakimiyyətin qanuna verilərək, qanunun mütləq hakim olan şaha çevrildiyi və qanunun şahlığının məzmun və mahiyyətini reallaşdırmağa qadir olan iqtisadi, inzibati, hüquqi və digər sahələr üzrə sistemlərin yaradılması vasitəsilə nail olmaq olar.

Kapitalizm quruluşu yarandığı gündən bu quruluşun ideoloqları və onların bu günkü davamçıları bu quruluşu bütün dünyaya cəmiyyətin idarə edilməsi üçün ən ədalətli, etalon və əbədi bir iqtisadi-ictimai quruluş sistemi olaraq sırımaqdadır. Bu məqsədlə onlar mütləqiyyət üsul-idarə sistemlərində hakimiyyətin bir nəfərə mənsub olmasından cəmiyyətdə yaranan böyük və çoxsaylı bəlaları, faciələri göstərməklə, kapitalizm quruluşunda hakimiyyətin üç nəfər arasında bölüşdürülməsi və hər bir hakim şəxsin bundan irəli gələrək, onların yerinə yetirməli olduqları funksiyaların məzmununa uyğun olaraq səlahiyyətlərinin məhdudlaşdırılmasını, siyasi partiya və seçki sisteminin mövcud olduğunu əsas gətirərək, onu mütləqiyyət üsul-idarələrinin məzmunu və nəticələri ilə müqayisə etməklə kapitalizmin üstünlüklərini nümayiş etdirirlər. Bu həqiqətdir ki, mütləqiyyət üsul-idarəsinə nisbətdə kapitalizm quruluşu daha mütərəqqi, azad, demokratik quruluş olub, mütləqiyyətin məzmun, yəni mütləqiyyət, despotizmindən və mahiyyətindən doğan bir çox bəlalar həcm və miqyas etibarilə kapitalizm quruluşunda xeyli azalmış olur. Lakin onlar kapitalizm quruluşunda “kapitalın despotizmindən” doğan bəlalar, fəlakətlər haqqında inadla susurlar. Bu ideoloqların beynəlxalq müstəvidə meydan sulaya bilməsinin bir neçə əsas səbəbi mövcuddur.

Birinci səbəb, artıq qeyd etdiyim kimi kapitalizm sisteminin mütləqiyyət üsul idarəsi olan və bu gün dünyanın xeyli hissəsini təşkil edən və mahiyyəti dövlət quldarlığı, dövlət feodalizmi olan müxtəlif formalı mürtəce quruluşlardan, kapitalizm quruluşunun daha mütərəqqi quruluş olmasıdır.

İkinci əsas səbəb isə Karl Marks və Fridrix Engelsin vəfatından bu günə qədər mövcud olmuş və mövcud olan dünyanın ən məşhur iqtisadçı, hüquqşünas və s. sahələr üzrə alimləri, iri çaplı siyasətçilərinin belə kapitalizm quruluşunda “kapital despotizminin” yaratdığı bəlaların aradan qaldıra biləcək bir quruluş haqqında nəinki dolğun, ətraflı, heç olmasa o quruluşun iqtisadi, inzibati və hüquqi sistemləri haqqında hətta səthi təəssüratlarının belə olmamasıdır. Bu məsələ təkcə beynəlxalq müstəvidə deyil, bütün dövlətlərin daxilində mövcud olan elmi, siyasi, məmur və kütlə kontingentinin şəxsi və ictimai şüurunda bu vəziyyətdədir. Öz növbəsində bunun da əsas iki səbəbi mövcuddur. Bunlardan biri son 100 (yüz) ildən bəri Rusiyada, sonra isə SSRİ adlanan dövlətin ərazisində V.Leninin “Hərbi kommunizm” və “Yeni İqtisadi Siyasət” adlandırdığı nəzəriyyəsi əsasında yaradılmış DÖVLƏT QULDARLIĞI və DÖVLƏT FEODALİZMİ quruluşlarını bütün dünyaya K.Marksın “elmi sosializm nəzəriyyəsi” əsasında yaradılmış dövlət quruluşu, yəni, sosializm kimi sırıya bilməsidir. İkinci səbəb isə, Marksizmin iki əsas sütunu olan, dialektik, tarixi materializm fəlsəfəsi və onun iqtisadi nəzəriyyəsi olan “elmi sosializm nəzəriyyəsi” kapitalizm quruluşlu ölkələrdə ümumiyyətlə tədris və təbliğ edilməməsi, mütləqiyyətin hakim olduğu dövlətlərin əksəriyyətində də, tədris və təbliğ edilməməsi ilə yanaşı, Rusiya kimi ölkələrdə təhrif olunaraq, süni şəkildə mövcud mürtəce sistemə uyğunlaşdıraraq tədris və təbliğ edilməsidir.

Ölkəmizdə mövcud olan rejimin mütləqiyyət və kapital despotizminin vəhdətindən ibarət olub, təkcə ölkə əhalisinin ümumi mülkiyyəti olan təbii sərvətlərini qarət edərək xarici ölkələrə daşımaqla kifayətlənməyib, əhalini insan oğurluğu və insan alveri obyektinə çevirməsini də Novella xanımın prezidentin əfv sərəncamı ilə əlaqədar verdiyi müsahibədən aşkar görünür. Novella xanım deyir, – “Axı biz həmişə Prezidentə müraciət edə bilmərik. Əfv məsələlri ilə komissiya məşğul olur. Ona görə əfv olunmasını zəruri hesab etdiyimiz 37 nəfərlə bağlı dövlət başçısına yox, məhz Əfv Məsələləri Komissiyasına müraciət etmişik”. Birincisi, Azərbaycan Respublikası vətəndaşları adlandırılan, reallıqda isə mövcud Konstitusiyaya uyğun olaraq prezidentin xüsusi mülkiyyəti olan qul statuslu əhalinin olmayan hüquqlarını qorumağa ehtiyac varmı? Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupları adlanan ictimai təşkilatların, Novella xanım da daxil olmaqla, üzvləri əslində qul nəzarətçiləri olan cinayət və cəza sistemi məmurlarının qul sahibinin müəyyən etdiyi qaydalara əməl etmədiyinə görə əsaslı və əsası olmayan şər, böhtan vasitəsilə zindanlara atılanların cəzasının yüngülləşdirilməsi, azad edilməsi və s. üçün, ev və s. alqı-satqı prossesində alıcı ilə satıcı arasında vasitəçilik edən dəllallıq funksiyasını yerinə yetirirlər. Həm də onlar bunu həvəskar qismində deyil, peşəkar olaraq öz mövcudluqlarını təmin etmək üçün müəyyən maddi maraq (əmək haqqı, qonorar və s.) əsasında edirlər. Belə ki, əgər Hüquq Müdafiə Təşkilatları və onların Monitorinq Qrupunun məqsədi ölkə əhalisinin hüquqlarının müdafiəsi olsaydı, onlar ilk növbədə ölkədəki on milyon bu əhalinin qul statusunun ləğv edilərək onlara vətəndaş və insan hüquqları verilməsini tələb və ya xahiş etməli idilər ki, bu hüquqlar insanlara verildikdən sonra hüquq müdafiəçilərinin müdafiə etməsi üçün nəsə olsun. Bundan başqa, təkcə beynəlxalq təşkilatların məlumatına görə ölkədə 360-dan çoxs siyasi, yəni mövcud aparteid və inkvizisiya rejiminin öz həyatını real ölüm təhlükəsinə ataraq, son gülləsini ermənilərə əsir düşməmək üçün saxlayan igid oğullarımıza qarşı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın etiraf etdiyi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri SADİZMLƏ belə müqayisəyə gəlməyən, göstəriş verənlərin və icraçıların ANCAQ azərbaycanlı adları və soyadları arxasında gizlənən ən qatı daşnak olan ermənilərin törədə biləcəyi QƏTLİAMIN qurbanlarının, öz həyatını və sağlamlıqlarını vətən torpağının azad edilməsinə qurban vermiş şəhidlərimizin övladlarının, 80 (səksən) nəfərdən çox dərman, övladlarına çörək almağa pul tapmadığından intihar etməyə məcbur edilmiş yaralı qazilərimizin (diri şəhidlərimizin), ailə üzvlərinin ən adi, primitiv insan hüququ olan (hətta qul olduqda belə) mövcudluq hüququnu müdafiə etməyən bu “hüquq müdafiəçiləri” görəsən hansı məntiq və əsasla hətta, cinayət törətməsə belə, hansısa yüngül hüquq pozuntusuna görə cəzalandırılmış məhkumun azadlıq hüququnu müdafiə edərək 37 nəfərinin adını Əfv Komissiyasına təqdim etmişlər? Məhkum edilmiş şəxslərin cəza çəkməkdən azad edilməsi və ya sağlamlığının bərpa edilməsi üçün ona məzuniyyət verilməsi parametrləri, şərtləri peşəkar tibb mütəxəssislərinin funksiyası və vəzifə, peşə borcu, şərtləri isə hüquq mühafizə orqanlarının peşəkarlarının funksiyasına aiddir. Hamıya zindanlarda və cəza müəssisələrində sanitariya, qida, geyim və başqa məsələlər üzrə fəlakətli vəziyyəti, eləcə də dustaqların mütləq əksəriyyətinin həbs edilənə qədər sağlam olduğu halda belə, zindan və cəzaçəkmə müəssisələrində müxtəlif ağır xəstəliklərə yoluxduğu məlum faktdır.

Belə bir mənzərədə Əfv Komissiyasının hansı məntiq və hesabla Novella xanımın təqdim etdiyi 37 nəfərin içərisində olan bir neçə nəfərin, “səhhətindəki problemlər sarıdan zəruri sayması”nı əsaslı arqument kimi qəbul etməli olduğu və ona çoxlu zənglər daxil olmasının real səbəbləri qaranlıq qalır. Novella xanımın “hüquq müdafiəçilərinin siyahısından heç kimin əfvə düşmədiyinə görə Azərbaycana qarşı sərgilənə biləcək münasibətlərdən narahat olduğuna”, gəldikdə isə Azərbaycana qarşı min ildən bəri barışmaz düşmən olan fars şovinizminin 100 ildən bəri Azərbaycan türklərinə qarşı nümayiş etdirdikləri düşmənçiliyə baxmayaraq, Tehranın molla rejiminin 5 (beş), 33 ildən bəri ermənilərə qahmar durub, bizə düşmənçilik sərgiləyən Fransanın 1 (bir), bizi 180 ilə yaxın özünə kölə edərək, daim qətliamlara məruz qoyub, hələ bu gün də yaxamızdan əl çəkməyi belə düşünməyən Rusiyanın 4 (dörd), üzümüzə dişlərini ağardıb, arxada bizə qarşı erməninin tayı olan Gürcüstanın 1 (bir), I Qarabağ müharibəsində bizimlə bir cərgədə ermənilərə qarşı vuruşmuş əfqanların dövləti Əfqanıstanın 1 (bir) dostumuz Pakistanın 1 (bir), öz millətimizin dövləti olan Türkiyənin 1 (bir) vətəndaşı da əfv edilib. 220 məhkumun, o cümlədən 16 xarici dövlətin vətəndaşının əfv olduğu halda, bu siyahıya hüquq müdafiəçilərinin müştərilərinin daxil edilmədiyinə görə hansı dövlət və ya beynəlxalq təşkilatın və hansı əsasla Azərbaycana qarşı münasibət sərgiləyəcəyindən Novella xanımın narahat olmasının səbəbi qaranlıq qalsa da, qəzetin müsahibənin çap olduğu səhifəsindəki Novella xanımın şəklindəki üzünün ifadəsi, onun, ona daxil olan zənglərdən çox narahat olduğunu biruzə verir.

Ancaq bütün bu məsələlər o qədər də faciəli məsələ deyil. Ən dəhşətli faciəmiz budur ki, cərimə cəzasının aradan qaldırıldığı belə ancaq dövlət başçısının imzaladığı sərəncamla həll edildiyi bir ölkədə “Tərtər qətliamı” kimi dəhşətli qətliamın törədilməsinə kimin sərəncam verdiyi və onu törədənlərin daha yüksək vəzifələrə hansı məqsəd və əsasla təyin edilməsinə cavab verən, nə də Novella xanımın narahat olduğu dövlət və beynəlxalq təşkilatlar isə görəsən niyə indiyədək heç bir reaksiya vermir. İnsanların mütləqiyyət, kapital despotizminin əsarətində qul, təhkimli, nökər statusunda olduğu şəxsi, tayfa, dövlət quldarlı, feodalizm və kapitalizm quruluşları durduqca əfv eitmə prossesi də məzmun və mahiyyət etibarilə rejim sahiblərinin insanların həyatını, sağlamlığını, maddi və mənəvi varlığını satmaqla pul, saxta şöhrət, siyasi çəki qazanması, əfv komissiyası, hüquq müdafiəçiləri və s. isə bu alqı-satqı prosesində insan taleyinin, hüquqlarının dəlallarını, cinayətkarlar günahını pul ilə satın alanlar, zərərçəkənlər isə alqı-satqı obyekti olan qurbanlıq varlıqlar olaraq qalmağa məhkumdurlar. Alverin nəzəri əsası isə, obyektivliyi, mövcudluğu bu günə qədər sübut edilə bilməyən allah anlayışı kimi bəhanə gətirilib, məmurun, dəllalın subyektiv şəxsi maraq və iradəsindən yaranan “cinayətkarın artıq islah edildiyi” iddiasıdır. Eynilə günahsız insanların şər, böhtan vasitəsilə cinayətkar adı ilə zindanlara atıldığı kimi. Mövcud əfv prossesinin pərdə arxasında gizlədilən əsil reallıqları bundan ibarətdir.

Şapur QASİMİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see339

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see199

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see197

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see149

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see142

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see134

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see129

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see127

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see124

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see122

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see121

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see120

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

16 İyun 2025 16:20see119

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see117

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see116

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see115

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

16 İyun 2025 19:10see115

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

16 İyun 2025 18:41see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri