Icma.az
close
up
RU
Sosial şəbəkələrdə şıdırğı insan alveri gedir

Sosial şəbəkələrdə şıdırğı insan alveri gedir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tiktokda tam qadın alveri gedir, qiyməti də deyirlər


İnsan alveri sadəcə fiziki deyil, artıq rəqəmsal cinayətdir. Sosial şəbəkələr və mesajlaşma platformalarında yayılan zərərli kontent, əxlaqsızlığa cəlbetmə, azyaşlıların istismarı və mənəviyyata zidd çağırışlar cəmiyyətimizi içəridən dağıtmaq təhlükəsi daşıyır. Yalnız 2024-cü ildə teleqram, tiktok və instaqramda insan alverini təşviq edən yüzlərlə kanal bağlanıb. Aparılan araşdırmalar nəticəsində 44 fakt üzrə cinayət işi başlanıb, 30-dan çox şəxs məsuliyyətə cəlb olunub. Bu, problemin miqyasını və təhlükəsini göstərən sadəcə rəqəmlərdir.

2024–2025-ci illərdə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində aparılan tədbirlər göstərir ki, bu sahə getdikcə daha çox rəqəmsal mühitə və sosial şəbəkələrə keçid edir. Təhlükəli kontentin yayılması üçün istifadə olunan sosial platformalarda aktiv fəaliyyət göstərən şəxslərin və kanalların aşkarlanması, onların bağlanması və İT əsaslı sübutların toplanması müasir texnologiyaların hüquq-mühafizə sisteminə inteqrasiya olunduğunu təsdiqləyir.

Bununla yanaşı, əxlaqsızlıq yuvalarının təşkili, yetkinlik yaşına çatmayanların istismarı, pornoqrafik materialların yayılması və mənəviyyata zidd fəaliyyətlərin qarşısının alınması üzrə intensiv tədbirlər göstərir ki, insan alveri təkcə fiziki müstəvidə deyil, eyni zamanda virtual platformalarda da təhlükə mənbəyi kimi çıxış edir.

Xatırladaq ki, Milli Məclisin dünən keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib ki, aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 teleqram, tiktok və instaqram kanalı bağlanıb: "2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb".


Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sosial şəbəkələrdə insan alveri mövzusunun çox ciddi və aktual problem olduğunu deyib. Sosial platformalarda, xüsusən də tiktokda  insan alverinin təbliği və gənclərin əxlaqsız fəaliyyətlərə cəlb olunması halları getdikcə artır.  Hüquq müdafiəçisi “Sherg.az”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə insan alverçiləri üçün həm qurbanları tapmaq, həm də alver şəbəkələrini təşkil etmək baxımından əlverişli mühit var:

“Bu sahədə çoxsaylı kampaniyalar və maarifləndirici tədbirlər həyata keçirilməlidir ki, insanları bu təhlükədən qorumaq mümkün olsun. Tiktokda vəziyyət lap dəhşətdir! Düşünürəm, daha çox ziyalı təbəqənin tiktokdan istifadə etməsinə çalışmalıyıq ki, bu sosial platformanın istiqamətini dəyişsinlər. Alverçi qadınları, tualetdə gic-gic canlı açan kişiləri boykot etsinlər. Nə qədər çox adam onları blok etsə, çıxıb canlıda heç nə edə bilməzlər. Ziyalılar öz sözlərini deməli, ailə, namus, Azərbaycanın milli adət-ənənələri məsələsini qaldırmalıdırlar. Professorlar girib tiktokda ailə dəyərlərindən danışsınlar. Köhnə dövrlərdə nümunə olan xanımlarımızı, rayonları, orada çalışan zəhmətkeş xanımlarımızı göstərsinlər. Tik tokda bunu edə bilərik. Cəmiyyət dəyişsə, tiktoku da dəyişə bilərik. Tanınmışların çoxu deyir ki, tiktok dəlixanadır, ora girmək olmur. Qadın alverinə qarşı çox işlər görmüşük. İndi isə baxıram ki, tiktokda tam qadın alveri gedir, qiyməti deyirlər. Tiktokda insan alveri ilə məşğul olan blogerlər xüsusi nəzarətə götürülməli və onlara ciddi xəbərdarlıq edilməlidir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri