Icma.az
close
up
RU
Əgər birisi sizin sağ yanağınıza vurarsa, ona sol yanağınızı çevirin

Əgər birisi sizin sağ yanağınıza vurarsa, ona sol yanağınızı çevirin

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Etibarlı SABİR

Bütün dünyada qaynar münaqişə ocaqlarının və müharibələrin getdikcə şiddətləndiyi indiki vaxtda qlobal siyasi və hərbi vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır. Bu vəziyyətdə insanlığın pasifizmə olan ehtiyacı daha da artmaqdadır. Pasifizm siyasi mənada ilk dəfə 1901-ci ildə yazıçı, hüquqşünas və sülh aktivisti Emil Arno tərəfindən X Beynəlxalq Sülh Konfransında istifadə olunsa da, onun etik-əxlaqi kökləri daha dərinə - hinduizm, buddizm və caynizmə söykənir. Hinduizmə görə, bütün canlılar müqəddəsdir və heç birinə zərər vermək olmaz. Digər tərəfdən, sözügedən inanc sistemlərində zorakılıq göstərməyin pis karmaya səbəb olduğuna inanılır və bu, insanın mənəvi inkişafına mane olur. Müasir dövrdə pasifizm müharibə və zorakılığa qarşı çıxmaq mövqeyi kimi qəbul olunur.

Tanınmış pasifistlər arasında İsa Məsih, Mahatma Qandi, Lev Tolstoy, Martin Lüter Kinq və Rotterdamlı Erazmı göstərmək mümkündür. Pasifistlərin fikrincə, münaqişələrin və zorakılığın dayanıqlı həlli zorla deyil, sülh və dialoq yolu ilə mümkündür. Onlar siyasi, iqtisadi və sosial zorakılığı qəti şəkildə rədd edir, müharibə əleyhdarı kimi çıxış edirlər. Pasifistlər müharibəni, şiddət və silahdan istifadə hallarını əxlaqi cəhətdən yolverilməz sayırlar. Pasifizm həm də imperializm və istismara qarşı yönəlir, antimillitarizmi dəstəkləyir.

Qeyd etmək lazımdır ki, pasifistlər öz aralarında əsas iki qrupa bölünür. Birinci qrup pasifist müharibə, şiddət və fiziki müdaxiləni bütün hallarda rədd edərkən (mütləq pasifizm), digər qrup zəruri hallarda fiziki zorakılığı (həyati təhlükə yarandıqda) labüd hesab edir. Bu yanaşma şərti və ya qismən pasifizm kimi qiymətləndirilir.

Pasifizm və humanizm olduqca yaxın anlayışlardır. Onların əsas və əksər ideyaları üst-üstə düşür. Passifizmin özəyində məhz humanizm dayanır. İnsan həyatına və ləyaqətinə hörmət, qarşı tərəfə zərər verməkdən çəkinmək və dinc yollarla anlaşmaq arzusu həm pasifist, həm də humanist düşüncənin ortaq məqamlarıdır. Digər ortaq cəhət ondan ibarətdir ki, humanizm insanı ali dəyər saydığı kimi, pasifizm də insan həyatına toxunmamağı, ona zərər verməməyi əsas prinsip kimi qəbul edir. Beləliklə, pasifizmə humanist dəyərlərin konkret - münaqişə və zorakılıq sahəsindəki tətbiqi kimi yanaşmaq mümkündür.

Heç bir şübhə yoxdur ki, İsa Məsih ən təsirli pasifistlərdən biridir. İncilin Matta 5:39 ayəsində onun məşhur ifadəsi yer alır: "Sizə deyilir: "Gözə göz, dişə diş". Amma mən sizə deyirəm: pis adama qarşı durmayın. Əgər birisi sizin sağ yanağınıza vurarsa, ona sol yanağınızı çevirin". Luka 6:27-28-də isə yazılıb: "Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün xeyir-dua edin və sizə pislik edənlər üçün dua edin".

Quranda da müəyyən pasifizm elementləri tapmaq mümkündür. Məsələn, Quranın 8-ci surəsi olan Ənfal surəsinin 61-ci ayəsində yazılıb: "Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O eşidəndir, biləndir!" Bundan əlavə, Bəqərə surəsinin 190-cı ayəsində belə hökm olunur: "(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!" Furqan surəsinin 63-cü ayəsində isə deyilir: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər". İslam əqidəsində mühüm yer tutan sufizmdə pasifizm elementlərinin daha güclü olduğunu demək mümkündür.

Müasir dövrdə pasifizm dedikdə yada düşən qruplar arasında hippilər fərqlənir. Hippilik 1960-cı illərin sonunda yaranmış və müharibəyə, zorakılığa qarşı dinc müqavimət göstərən sosial-mədəni hərəkatdır. Bu hərəkatın təməlində başqalarına zərər verməmək, sülhü və harmoniyanı təşviq etmək prinsipləri dayanır. Hippilər pasifizmin ideyalarını öz fəaliyyətlərinə tətbiq edərək, xüsusilə Vyetnam müharibəsinə qarşı dinc mübarizə aparıblar. Onlar müharibə və şiddətin həll yolu olmadığını vurğulayıblar. Hippilər sülh və sevgi ilə dolu bir dünya arzulayırdılar və sülh işarəsini bu ideyaların təcəssümü kimi qəbul edirdilər. Sülh işarəsi dairənin içində üç xətdən (1 şaquli və 2 diaqonal) ibarətdir. Diaqonal xətlər dairənin kənarlarından çıxaraq dairənin mərkəzi doğru irəliləyir və şaquli xətti kəsir.

Sülh işarəsi ilk dəfə 1958-ci ildə Britaniya fəalı Gerald Holtom tərəfindən yaradılmışdır. Bu işarə nüvə silahlarının əleyhinə keçirilən aksiyada istifadə edilmiş, daha sonra isə hippilər tərəfindən müharibəyə qarşı mübarizənin və sülhün təbliğində əsas simvol olaraq qəbul edilmişdir. Sülh işarəsi yalnız bir loqo deyil, həm də müharibə əleyhinə olan ideyanın vizual təcəssümüdür.

Aydındır ki, pasifistlər öldürməyə qarşı olduqları üçün məcburi hərbi xidməti də doğru hesab etmirlər. Bu səbəbdən bir çox ölkələrdə, o cümlədən Azərbaycanda əqidəsi həqiqi hərbi xidmət keçməyə zidd olan fərdlərin müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verən müxtəlif qanunlar qəbul edilmişdir.

Bütün bu nümunələrdən də göründüyü kimi, pasifizm təkcə şiddətə qarşı olmaq deyil, həm də insanın mənəvi kamilliyə doğru atdığı bir addım, uzunmüddətli inkişaf yoludur. Bu düşüncə tərzi yalnız fərdi həyat üçün deyil, cəmiyyətin bütövlükdə daha insani, daha ədalətli və daha sabit qurulması üçün də əhəmiyyətlidir. Sülhə inam, zorakılığa yox demək və uzlaşma yolları axtarmaq - bunlar həm pasifistlərin, həm də vicdanlı bir cəmiyyətin seçimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see254

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see249

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see209

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see162

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see152

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see137

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri