Icma.az
close
up
RU
Bu üsulla evinizi limon bağçasına çevirin

Bu üsulla evinizi limon bağçasına çevirin

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Ənənəvi üsullarla limon ağacı yetişdirmək aylarla vaxt aparsa da, mətbəx kağızı və bir neçə sadə vasitə ilə bu prosesi sadəcə dörd həftəyə endirmək mümkündür.

Lent.az xarici mediaya istinadən yalnız bir limon və kağız dəsmal ilə necə limon ağacı yetişdirə biləcəyinizi ətraflı təqdim edir:

1. Mətbəx kağızı ilə evdə limon bağı yaradın – 1 ayda fidan verəcək

Yarpaqlarını tökməyən bu ağac 7 metrə qədər böyüyə bilir. Sitrus qoxusu ilə havanı təmizləyə bilən limon ağacı, mətbəxdə yeməklərdən içkilərə qədər bir çox sahədə çox yönlü istifadə oluna bilər. Əgər limon ağacının çiçək açması və meyvə verməsi üçün uzun müddət gözləməli olduğunuzu düşünürsünüzsə, budur sizə sirrimiz.

Bu üsul limon toxumlarının cücərmə prosesini aktivləşdirərək, 4 həftə ərzində cücərmiş bir limon ağacı əldə etməyinizi təmin edə bilər. Lazım olan materiallar isə olduqca sadədir.

Lazım olan materiallar

Təzə limon

Emici mətbəx kağızı

Su

Hava keçirməz qap və ya poşet

Qida ilə zəngin torpaq olan kiçik bir dibçək

Əvvəlcə işə toxumları hazırlamaqla başlamalısınız. Təzə bir limonu diqqətlə kəsin və içindən toxumları çıxarın. Toxumların üzərində qalan meyvə qalıqlarını və yapışqan təbəqəni təmizləmək üçün ilıq su ilə yaxşıca yuyun. Bu addım, toxumların cücərməsini asanlaşdıracaq. Daha sonra toxumları qurudun. Bir mətbəx kağızını bir qədər su ilə isladın, ancaq kağızın tam islanmamasına diqqət edin.

Nəmli kağızın üzərinə toxumları aralarında boşluq qalacaq şəkildə düzün. Daha sonra kağızı qatlayaraq toxumları sarın. Ən sonda isə nəmli kağız və toxumları hava keçirməyən bir poşetə və ya qaba yerləşdirin. İndi sadəcə cücərməni izləmək qalır.

Filizlənmiş toxumları diqqətlə götürün və qida ilə zəngin, yaxşı su axını olan torpaqla doldurulmuş kiçik bir dibçəyə əkərək davam edin. Toxumları təxminən 1 sm dərinliyə yerləşdirin və torpağı yüngülcə bastırın. Dibçəyi birbaşa günəş işığı alan, lakin çox isti olmayan bir yerə qoyun. Limon ağacı baharda açan ağ çiçəkləri və xoş qoxusu ilə evinizi əsl bir bağa çevirə bilər. Üstəlik, limonun sağlamlığa olan faydaları da saysızdır:

C vitamini ilə zəngindir

İmmunitet sistemini dəstəkləyir

Təbii təmizlik məhsulu olaraq da istifadə olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri