Əgər bu əlamətləri görsəniz, zeytun yağını atmaq lazımdır
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Zeytun yağı mətbəxdə ən çox istifadə olunan məhsullardan biridir, lakin düzgün saxlanılmadıqda o da xarab ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "AllRecipes" yazıb.
Qeyd olunur ki, bağlı vəziyyətdə olan zeytun yağı adətən 18–24 ay saxlanıla bilər. Extra virgin (ilk soyuq sıxım) zeytun yağı isə daha qısa müddətdə — təxminən 12–18 ay ərzində keyfiyyətini itirə bilər. Ən vacib göstərici isə şüşə üzərində yazılan “yığım tarixi”dir.
Şüşə açıldıqdan sonra yağı 1–2 ay ərzində istifadə etmək tövsiyə olunur.
Zeytun yağının xarab olduğunu necə bilmək olar?
Ən əsas əlamət qoxudur. Əgər yağdan köhnəlmiş, acı və ya “bayat” qoxu gəlirsə, onu istifadə etmək olmaz. Bəzən bu qoxu mum və ya rəngli karandaş qutusuna bənzədilir.
Bundan əlavə, dadına baxdıqda da dəyişiklik hiss olunur: xarab yağ acı və xoşagəlməz dad verir. Az miqdarda istifadə adətən sağlamlıq üçün təhlükəli deyil, lakin yeməyin dadını korlayır.
Zeytun yağını necə düzgün saxlamaq lazımdır?
Yağı hava ilə təmasdan qorumaq vacibdir. O, həmişə bağlı qabda saxlanılmalıdır və tez-tez başqa qablara köçürülməməlidir.
Həmçinin yağ günəş işığından və yüksək temperaturdan uzaq saxlanmalıdır. Ən yaxşı seçim tünd şüşə və ya metal qabdır. Plastik qablar isə hava keçirmə xüsusiyyətinə görə daha tez xarab olmağa səbəb ola bilər.
Soyuducuda saxlamaq ümumiyyətlə tövsiyə edilmir, çünki yağ bərkiyə və öz dadını itirə bilər.
Zeytun yağı uzunmüddətli məhsul deyil, amma düzgün istifadə olunduqda mətbəxdə tez-tez istifadə edildiyi üçün adətən vaxtından əvvəl xarab olmur.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:EBV virusu: Bu əlamətləri görsəniz...
25 İyul 2026 16:24
Qarpız və yemişdə bu əlamətləri görsəniz, almayın
29 İyun 2026 17:55
Yayda uşaqlarda bu əlamətləri görsəniz, vaxtında həkimə aparın
10 İyun 2026 17:25
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın! KONKRET
10 Noyabr 2026 17:59
Övladınızda bu əlamətləri görsəniz, diqqətli olun Faciənin erkən siqnalları
11 Fevral 2026 20:02
Baxış sayı:116
Bu xəbər 06 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları