Icma.az
close
up
RU
Əgər bütün qapılar üzünə bağlanırsa, öz qapını yarat

Əgər bütün qapılar üzünə bağlanırsa, öz qapını yarat

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Barbara Korcoran bu gün “Shark Tank” proqramında minlərlə sahibkara ilham verən tanınmış investor, mentor və biznes simasıdır.
Valyuta.az xəbər verir ki, amma onun uğur hekayəsi heç də rahat yoldan keçməyib.
1949-cu ildə Nyu-Cersidə sadə işçi ailəsində doğulan Barbara on uşaqlı ailənin ikinci övladı idi. Məktəb illəri asan keçmirdi, oxumaqda çətinlik çəkirdi və çox vaxt sinifdə zəif qiymətlər alırdı. O, sonradan etiraf edirdi ki, disleksiya səbəbindən müəllimlər onun uğurlu ola biləcəyinə inanmırdılar. Amma məhz o inamsızlıq gələcəkdə onun ən böyük motivasiyasına çevrildi.
Gənclik illərində Barbara 20-dən çox fərqli işdə çalışdı - ofisiantlıqdan tutmuş, kassirliyə qədər. Hər işdən bir dərs aldı, insan psixologiyasını, müştəri davranışını və inandırmaq bacarığını öyrəndi. Bu təcrübələr sonradan onun biznes fəlsəfəsinin əsasına çevrildi.
1973-cü ildə o, yalnız 1000 dollar borc alaraq Nyu-Yorkda kiçik daşınmaz əmlak şirkəti qurdu. “The Corcoran Group” adlanan bu firma əvvəlcə kiçik ofis kimi fəaliyyət göstərsə də, Barbara müştərilərlə səmimi münasibəti, sadə, amma diqqət çəkən reklam yanaşması ilə bazarda fərqləndi. O, deyirdi ki, “əgər bütün qapılar üzünə bağlanırsa, öz qapını yarat”.
Bu inamla qurduğu şirkət illər keçdikcə Nyu-Yorkun ən nüfuzlu daşınmaz əmlak brendlərindən birinə çevrildi. 2001-ci ildə Barbara şirkətini 66 milyon dollara satdı və o vaxtdan etibarən biznes dünyasında nüfuzlu ad kimi tanındı.
Lakin o, burada dayanmadı. Tezliklə “Shark Tank” proqramında investor kimi çıxış etməyə başladı və öz təcrübəsini paylaşmaqla yüzlərlə sahibkara yol göstərdi. Eyni zamanda kitablar yazdı, qadın liderliyi və sahibkarlıq mövzusunda çıxışlar etdi.
Barbara Korcoran bu gün də uğurun əsas amili kimi sadəliyi, inamı və risk etməyi göstərir. Onun sözləri ilə desək, “insan səni rədd edəndə, sənə dərs verir”. Uşaqlıqda yaşadığı çətinlikləri gücə çevirən Barbara bu gün öz hekayəsini minlərlə insana ilham qaynağı kimi bölüşür.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri