Icma.az
close
up
RU
Rusiyada qapılar azərbaycanlıların üzünə bağlanır?

Rusiyada qapılar azərbaycanlıların üzünə bağlanır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Rusiya Federasiyasına səfər edən vətəndaşlara müraciət edib.

O, sosial şəbəkə hesabında bunları yazıb:

“1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcəkdir. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır. 

Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan Respublikası vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan Respublikası vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan Respublikası vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”.

O bildirib ki, Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

“- Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;
- Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;
- qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər”.

Maraqlıdır, Rusiyada qapılar azərbaycanlılara üzünə bağlanır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur. 

Onun sözlərinə görə, Rusiyada işi olan və yaşamaq istəyilər varsa, qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçsələr daha yaxşı olar:

“Rusiyada miqrasiya qanunu sərtləşdirilir. 

Sərtləşdirilmənin əsas səbəbi odur ki, Rusiyanın daxilində olan bir çox problemlərin kökündə miqrantların olduğu ilə bağlı fikir formalaşdırılır. Çünki günahı kiminsə üzərinə yıxmaq lazımdır. 

Yəni insanların beyninə bir çox daxili problemlərin kökündə miqrantların olduğu, həmçinin, miqrasiya siyasətinin yanlış olduğu aşılanır. Ona görə də qanunlar sərtləşdirilir.

Orada yaşayan azərbaycanlıların 700 minə yaxını vətəndaşlıq alıb. Bu onlara aid deyil. Vətəndaşlıq aldıqları üçün həmin şəxslər onsuzda miqrasiya qanunundan kənardılar. Bəzi mənbələrə görə, orada təxminən 300-400 minə yaxın azərbaycanlı işləyir. Onların da Rusiyada qalmaq üçün rəsmi şəkildə icazələri var.

Bu gün Rusiyada yüzminlərlə qeyri-qanuni şəkildə yaşayan və işləyənlər var. Onlarla bağlı problem yaşana bilər. Onlar ya qısa müddət ərzində müraciət edib Rusiyada qanuni əsaslarla qalmaqla bağlı miqrasiya qanunvericiliyinin tələblərini yerinə yetirməlidirlər, ya da 90 gün tamam olduqda qonşu ölkələrdən birinə çıxıb yenidən Rusiyaya daxil olmalıdırlar. Onlar bu yolla hər dəfə müddəti 90 gün uzada bilərlər. Amma bu çox çətin və bahalı bir yoldur”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri