Icma.az
close
up
RU
“Əgər Əsəd qaytarılmasa bu, bir növ ticarətə çevriləcək” Kənan Novruzov

“Əgər Əsəd qaytarılmasa bu, bir növ ticarətə çevriləcək” Kənan Novruzov

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya hökuməti Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib. Boqdanovun sözlərinə görə, Rusiyanın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Agentliyin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.Dəməşq Rusiyadan “təzminat, yenidənqurma və bərpa işləri” təmin etməyi, həmçinin “keçmiş səhvləri nəzərə almağı və Suriya xalqının iradəsinə hörmət etməyi” tələb edib.
Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiya çox böyük ehtimalla Əsədin ekstradisiyasının həyata keçirməyəcək:
“Bu, Rusiyanın nüfuzuna çox ciddi zərbə olar. Yəni, Rusiya Suriyadakı həkimiyyətin tələbi ilə özünün keçmiş müttəfiqi hesab edən Əsədi geri qaytararsa, bu, Rusiyanın imicinə ciddi zərbə olar.  Rusiya Əsədə sığınacaq verib. Bu baxımdan düşünmürəm ki, Əsəd qaytarılacaq. Əgər Əsəd qaytarılmasa yəni bu, bir növ, ticarətə çevriləcək”.
K.Novruzov bildirib ki, əgər Rusiya bundan imtina  edərsə, o zaman Suriya  təbii ki, tək başına yox, özünün tərəfdarlarının köməyilə, o cümlədən Türkiyənın köməyilə Rusiyaya təzyiqi artıra bilər.Əsədin ekstradisiyasında israrlı ola bilər:
" Mən düşünmürəm ki, Suriyanın yeni hakimiyyəti öz başına olaraq ekstradisiya məsələsini gündəmə gətirib. Çox böyük ehtimalla  burada da Türkiyənin əli var. İstisna etmirəm ki, nə qədər Türkiyə Suriyanın yeni hakimiyyətinə belə bir “ev tapşırığı” verib ki, sən Əsədi tələb etməklə, Rusiyadan nə isə al. Rusiya çalışacaq ki, Suriyanın yeni hakimiyyəti ilə münasibətləri qaydasına salsın, münasibətləri inkişaf etdirsin. Çünki Suriyada Rusiyanın mövcudluğu məhz bundan asılıdır. Yəni, Rusiya Türkiyənin regionda yaratdığı yeni reallıqları nəzəri almasa və rəsmi Dəməşqə qarşı sərt və radikal mövqe ortaya qoysa, onda ümumiyyətlə, Suriyadakı mövqeləri daha da zəifləməyə davam edəcək”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri