Icma.az
close
up
RU
525ci qəzet Müəllim itkisi... Kənan Novruzov yazır

525ci qəzet Müəllim itkisi... Kənan Novruzov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi

Müəllim itkisi, bəlkə də, ən ağır itkilərdəndir. Xüsusilə də həmin müəllim uzun illər sənə dəstək olan, yetişməyində müstəsna rol oynayan, ustad hesab etdiyin insanlardandırsa. Söhbət 50 ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində elmi – pedaqoji fəaliyyətlə məşğul olmuş dosent Mahmud Mahmudovdan gedir. 

Təxminən üç- dörd ildir ki, təqaüddə olan Mahmud müəllimin vəfat xəbərini bir neçə gün əvvəl eşitdik. Bu xəbər çoxları kimi məni də xeyli sarsıtdı...

Mahmud müəllimi 2016-cı ildən ildən- tələbəliyimin ilk vaxtlarından tanıyıram. Fərqli vaxtlarda bizə müxtəlif fənləri tədris edib. Həlim xasiyyətli, mülayim və bir az da kövrək adam idi. Nə qədər istəməsə də, incikliyi hiss edilirdi. Bəlkə də, bu, yaşı ilə əlaqəli idi. 

Qeyd etdiyimiz kimi, Mahmud müəllim bizə müxtəlif fənləri tədris edib. Bununla belə, o, ədəbi redaktə və nəşriyyat işinə xüsusi həssaslıqla yanaşırdı. Səliqəli, qrammatik və məntiqi cəhətdən təmiz mətnlər gözünün işığı idi. Bizə də bunu öyrədirdi. Deyirdi ki, artıq kəlmə yazmayın, nə cümlənizi, nə də fikrinizi ağırlaşdırın. 

Mahmud müəllim ömrünün yarıdan çoxunu doğma universitetinə, ona ailəsi qədər əziz olan jurnalistika fakültəsinə və özünün təbirincə desək, tələbə dostlara həsr etmişdi. Neçə jurnalist yetişdirib. Mən isə öz növbəmdə həm də onun timsalında müəllimlərimin müəllimlərindən dərs almışam. 

Ölkədə jurnalistika ilə az- çox bağlı olanların əksəriyyəti, yəqin ki, müəllimizin ən azı adını eşidib. Hərçənd o, çoxlarının həyatına toxunub. Deyirlər ki, müəllim həyatlara toxunandır. O, doğrudan da, tələbələrinin həyatına toxunurdu...

Qismət elə gətirmişdi ki, mən hələ birinci kursa qəbul olmazdan əvvəl artıq istehsalatda idim. Yəni mətbuatla tanışlığım var idi. Bu, Mahmud Mahmudovun diqqətini çəkmişdi. Dərslərə yazılarım dərc olunmuş qəzetlərdən gətirməyimi istəyirdi. Həmin materialları dərslərdə oxudur, demək olar, hər cümləni bir – bir redaktə edirdi. Sonradan başqa qəzetlərlə də əməkdaşlığıma kömək etdi. 

Professor Cahangir Məmmədli yazılarının birində qeyd edir: “...Kənan Novruzovu fakültəmizin qocaman müəllimlərindən biri, çoxumuzun təcrübəsinə güvəndiyimiz Mahmud Mahmudov kəşf edib”. Əslində bu fikirdə müəyyən qədər həqiqət var. Belə ki, məhz Mahmud müəllimin etimadı sayəsində sonradan fakültəmizin professor – müəllim heyətinin digər üzvləri də mənə etibar etməyə başladı. 

Mahmud  müəllim bizim hər birimizin yaxşı jurnalist olmasını istəyirdi. Məncə, o, buna nail oldu. Bir çoxumuz indi ölkə KİV-inin aparıcı subyektlərində çalışırıq. Əlbəttə, öz fəaliyyətimizdə müəllimimizin- vaxtı ilə, bəlkə də, həlimliyindən sui- istifadə etdiyimiz, amma əsəbləşəndə "mən tələbəni iynənin gözündən də keçirərəm" deyərək bizi tənbəh edən ustadımızın nəsihəhətlərini nəzərə alırıq. 

Mahmud müəllim tez- tez öz müəllimləri, korifey hesab olunan pedaqoqlar haqqında bu ifadəni işlədirdi: "Biz onların suyunun suyuyuq". 

Tələbə olduğum vaxtlarda doğma universitetim və fakültəmdə gələcəkdə pedaqoq kimi işləyəcəyimi, müəllimlərimlə çiyin- çiyinə çalışacağımı təsəvvür etməzdim. Aralarında universitetdən ayırılanlar, dünyasını dəyişənlər olsa da, indi onların çoxunu, demək olar, hər gün görürəm. Mahmud müəllimi isə görmürəm. Hərçənd onun məndən xəbərdar olduğuna əminəm. Sağ ikən tez- tez soruşur, izləyirdi. İndi də getdiyi yerdən izləyir. Ruhunuz şad olsun, Mahmud müəllim. Arxayın olun: sizdən öyrəndiklərimizi öyrədirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri