Icma.az
close
up
RU
Nəticədən narazı qalan Kənan Novruzov

Nəticədən narazı qalan Kənan Novruzov

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, IX “Muğam” Televiziya Müsabiqəsinin İştirakçı Kənan Novruzov münsiflərin qiymətləndirməsində ədalətsizlik olduğunu bildirərək finalda səhnəni tərk etmişdi. 

Daha sonra isə müsabiqənin əvvəlki buraxılışlarında iştirak edən müğənni Nişanə Baxışova onun yerinin satıldığını iddia etmişdi. Bu iddialar sosial şəbəkələrdə də geniş rezonans doğurmuşdu.

Bəs müsabiqədən sonra vəziyyət necədir?

“Cebheinfo.az”-a açıqlamasında Kənan Novruzov bildirib ki, bundan sonra yalnız sənəti ilə irəliləməyi düşünür.

Gənc ifaçı qeyd edib ki, konservatoriyanı bitirdikdən sonra yeni layihələr həyata keçirməyi planlaşdırır:

“Hazırda hər şey yaxşıdır. Mən Azərbaycan Milli Konservatoriyasında IV kurs tələbəsiyəm və dərslərimə davam edirəm. Sənətimlə məşğulam və hər zaman da xalqımın, dövlətimin yanındayam. Hər şey əladır. Müsabiqədən sonra heç bir problem yaşanmadı. Mən Nişanə xanım barəsində heç bir söz deyə bilmərəm. Yəni bu sənət elə bir sahədir ki, hər şey göz qabağındadır. Mən isə yalnız öz sənətimlə məşğulam. 

Çox dərinliyə getməyin də mənası yoxdur, çünki xalq artıq buna yetərincə qiymət verdi və bu, mənim üçün kifayətdir. Bundan sonra yalnız sənətimlə irəliləməyi düşünürəm, başqa heç nə. Konservatoriyanı bitirdikdən sonra müəyyən yeniliklər həyata keçirmək planım var”.

Kənan Novruzov vurğulayıb ki, elin gözü tərəzidir və onun üçün əsas xalqın verdiyi qiymətdir:

“Müsabiqədən sonra hər şey elə qaldı, amma hər şey yaxşıdır. “Elin gözü tərəzidir” deyiblər, bu da göz qabağlnda olan sənətdir. Daha sonra əlaqə saxlayıb mükafatı təqdim etmədilər, münsiflər heyəti ilə də daha sonra qarşılaşmamışıq. Amma yenə də onlar bizim sənətkarlarımız, ustadlarımızdır. Biz onlardan bəhrələnmişik. Mən heç kimin şəxsi haqqında fikir bildirməmişəm, hamısı ustadlarımızdır. Sadəcə, finalda etirazımı bildirdim”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: müsabiqə Kənan Novruzov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri