Icma.az
close
up
RU
Əgər İran dağılarsa...

Əgər İran dağılarsa...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki xalqlarla əlaqə qurmağa yönələn və mövcud rejimlərə qarşı münasibətini bildirən videomüraciətlərini davam etdirir.

Netanyahu son videomüraciətində İsrailin İranla müharibə istəmədiyini, lakin ölkəsinə ən böyük təhlükə mənbəyi olaraq Ali Xameneyin rəhbərlik etdiyi İran rejimini gördüyünü bildirib.

Netanyahu  İranın 2024-cü ilin oktyabrında İsrailə  raket hücumunu xatırladaraq  bu hücumun İran üçün 2,3 milyard dollara başa gəldiyini vurğulayıb. O, bu hücum nəticəsində İran iqtisadiyyatına ciddi zərbə vurulduğunu və bu cür hücumlar davam edərsə, ölkə iqtisadiyyatının  məhv olacağını bildirib. 

Ancaq B. Netanyahunun müraciətində İran xalqına  gizli bir mesaj da var. O, İran xalqının İsraillə düşmən olmadığını, bütün problemlərin yalnız Əli Xameneyinin rəhbərlik etdiyi rejimdən qaynaqlandığını bildirib. Netanyahu  İran xalqına ümidini itirməməyə və rejim dəyişdikdən sonra ölkənin həyatının daha fərqli olacağına inanmağa çağırıb:

"Ümidinizi itirməyin, İran xalqı azad olarsa daha fərqli bir həyat yaşayacaq."

B. Netanyahu bu müraciətində İsraillə İranın birgə «prosperous» (rəvan və firavan) və «peaceful» (sülhsevər) gələcək quracağını vəd edir. Bu ifadələr təkcə İranın daxili siyasətinin deyil, həm də İranın xarici siyasətindəki dəyişikliklərin mümkünlüyünü də göstərir.  İsrail  İrandakı rejim dəyişdikdən sonra münasibətlərin dəyişəcəyini gözləyir.  İsrailin Baş naziri eyni zamanda, bildirib ki, bu dəyişiklik İsrailin və İranın haqq etdiyi gələcək olacaq.

Baş nazir müraciətində İran qadınlarına da səslənib. "Qadınlar, həyat, azadlıq" şüarını da dilə gətirərək, İran xalqının hüquq və azadlıqlarını dəstəklədiyini vurğulayıb. Bu şüar artıq İranın daxilində hökumətə qarşı çıxan bir çox insanın və xüsusilə qadınların etirazlarının simvoluna çevrilib. Netanyahu, həmçinin bildirib ki, İsrail İran xalqının haqlarını dəstəkləyir və onlar üçün daha yaxşı bir gələcək görmək istəyir.

Lakin İran rəhbərliyi B. Netanyahu və İsrailin bu cür müdaxilələrini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Onlar hesab edirlər ki, bu müraciətlər  İsrailin müdaxilə etmədən,  fərqli taktikalardan istifadə etməklə İran daxilindəki narazılıqları daha da artırmağa çalışdığını göstərir.

Bundan əlavə, B. Netanyahu  İsraildəki daxili siyasi təzyiqləri nəzərə alaraq, İranla münasibətlərin normallaşmasına müsbət baxılmayan məqamları da göz önünə alır. İranın atom proqramı və münaqişə zonasındakı hərbi əməliyyatlar İsrailin təhlükəsizliyi üçün prioritet məsələləridir. Buna görə də  bu məsələlər diqqətdə saxlanılır.

İsrailli politoloq, İsrailin rusdilli icmasının təmsilçisi, Ariel Universitetinin professoru Zeev Xanin “Cümhuriyət”-ə bildirib ki,  İranın   diktator, xüsusən də  avtoritar, sərt, radikal islamçı rejimi yüksək dayanıqlılığa malikdir. O qeyd edib ki, hakimiyyət  hər şeydən əvvəl xalqın ruh halından da asılıdır:

"Demək olar ki, İran müxalifəti artan bir faktor olaraq qalır.  Amma mənim fikrimcə, Ayətullah rejimi içəridən çaxnaşma yaratmaqla dağıdıla bilməz. Biz yaxşı bilirik ki, avtoritar və totalitar rejimlər bəzən onlara heç bir təhdid olmadığı vaxtda çökürlər. Buna görə də indiki  vəziyyətdə bir şey söyləmək çox çətindir”. 

O bildirib ki, bu cür rejimlər bir neçə faktora əsaslanaraq dağılır: 

“Daxili müxalifət, xarici təzyiq, xüsusən müharibə şəraitindəki təzyiq  və iqtisadi təzyiq bu faktorlardandır. Bu , İsrailin və onun Amerika kimi müttəfiqlərinin vurğuladığı faktorlardır. Lakin ABŞ Prezidenti Co Baydenin administrasiyasından fərqli olaraq  yeni prezident Donald Tramp bu təzyiq rıçaqlarını İrana qarşı istifadə edə bilsə, bu, ciddi bir zərbə olacaq. O zaman İranın Ayətullah rejimi dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq.   İsrailin Baş naziri Netanyahunun dediyi kimi, İranın iqtisadiyyatı məhv edilə bilər. 

Baş nazir  on müraciətində İsrail hücumunun İrana kifayət qədər bahaya- 2,3 milyard dollara başa gəldiyini bildirib. Bu, İran hökumətinin öz proksilərinə, xüsusən də Husilərə və “Hizbullah”-a dəstək vermək üçün xərclədiyi vəsaitlə müqayisədə  çox da böyük deyil. Müxtəlif qiymətləndirmələrə görə, “Hizbullah” ildə ən azı 1 milyard dollar alır. Bundan əlavə, şiə millislərinin Suriyada, İraqda və digər yerlərdə formalaşdırılması, təlimi və mobilizasiyası kimi dəstək də davam edir. Buna görə də, İrana qarşı İsrailin bir hücumunun xərclərini nəzərə alarkən, əsasən cavab hücumları göz önünə alınmalıdır. Yəni, əsasən enerji infrastrukturuna yönələn hücumlar İranın iqtisadiyyatını məhv edə bilər”.

Ekspert bildirib ki, əgər İran dağılarsa  və ya  yeni bir rejim hakimiyyətə gələrsə, bu rejim etnik və milli, dini azlıqlara öz müqəddəratını həll etmək imkanı verərsə, vəziyyət fərqlənəcək. Amma İranın şimal-şərqindəki Azərbaycan əhalisinin  məsələsi hələ aydın deyil: 

"Bir tərəfdən, bu, ən böyük etnik azlıq qrupudur – təxminən 30-35 milyon nəfər. Digər tərəfdən, bütün İran azərbaycanlıları müstəqillik və ya Şərqi Azərbaycanla birləşmək, yəni Azərbaycan Respublikasına qatılmaq arzusunda deyillər. Üçüncü tərəfdən, İrandakı müxalifətin bu məsələdə yekdil olmadığını da bilməliyik.

Məsələn, bir müddət əvvəl İranın şahzadəsi, yəni İran taxtının varisi olan şəxs özünü İranın birləşmiş müxalifətinin lideri kimi təqdim edib. O, bütün müxalifət qüvvələrini birləşdirməyə çalışırdı. Amma onun düşüncəsi daha çox imperiya baxışıdır. Yəni, onun fikrincə, İranın dağılması mənfi hadisədir və o, buna heç bir şəkildə dəstək vermək niyyətində deyil. Bu baxımdan,  müxalifətin əsaslı bir şəkildə İranın kollektiv imperiya kimliyini qorumağa çalışdığını deyə bilərik".

Z. Xanin  rəsmi Bakının  İranın daxili işlərinə müdaxilə etmədiyini bildirib:

"Bu, hər halda Azərbaycan Respublikası tərəfdən səsləndirilməyib. Lakin rəsmi olaraq, həm İran müxalifəti, həm də müstəqil Azərbaycan İran Azərbaycanını müstəqil dövlətə çevirmək və ya onu Azərbaycan Respublikasına birləşdirməklə bağlı heç bir tələb irəli sürməyib".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri