Icma.az
close
up
RU
İran İsrail böhranı dərinləşir Əgər ABŞ...

İran İsrail böhranı dərinləşir Əgər ABŞ...

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarının İrandakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatları İsrail və İranla bağlı mövcud gərginliyi daha da artırıb. Bəs ABŞ-nin müharibəyə qoşulması gedişata necə təsir edəcək?

Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında ABŞ-nin müharibəyə qoşulmasının hələ tam dəqiqləşmədiyini deyib:

“Çünki prezident Donald Trampın açıqlamasına görə, ABŞ sadəcə İranın nüvə proqramını məhv etmək məqsədilə qısamüddətli bir bombardman əməliyyatı həyata keçirib. Bu əməliyyat İranın nüvə obyektlərinə qarşı icra olunub və əməliyyatda iştirak edən strateji bombardmançı “B-2” təyyarələri ABŞ-yə geri qayıdıblar. Trampın açıqlamasına əsasən, əgər İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına və geosiyasi maraq dairələrinə hücum etməzsə, ABŞ də müharibə prosesinə birbaşa müdaxilə etməyəcək. Bu isə onu göstərir ki, hazırda əsas hərbi yük İsrailin üzərinə düşür və müharibənin gedişatı bilavasitə İranın davranışından asılıdır. ABŞ sanki məsuliyyəti öz üzərindən ataraq İranın üzərinə yönəldir”.

N.Miri başqa hansı ölkələrin müharibəyə qoşulması məsələsini də dəyərləndirib. Onun fikrincə, burada müəyyən təhdidlər var:

“Məlumdur ki, İran Hörmüz boğazını bağlamaqla hədələyir və bu məsələ artıq İran parlamentində də bəyənilib. Bu hədənin reallaşması təzyiq mexanizmi kimi istifadə olunur. Əgər Hörmüz boğazının bağlanması İranın Təhlükəsizlik Şurasında da təsdiqlənərsə və real addım atılarsa, bu, qlobal ticarət və enerji daşıyıcılarının transferi üçün ciddi təhlükə yaradacaq. Çünki dünya üzrə neftin 20%-dən çoxu məhz Hörmüz boğazından daşınır. Eyni zamanda, burada mayeləşdirilmiş təbii qaz (LNG) da tankerlərlə daşınır və bu qazın daşınma payı təqribən üçdə bir təşkil edir. Digər tərəfdən, dünyada ölkələrin neft ehtiyatları çox məhduddur və yalnız NATO bir aylıq ehtiyatla təmin olunmuş vəziyyətdədir. Qalan ölkələrin neft ehtiyatı isə orta hesabla bir həftəlik dövrü əhatə edir”.

Politoloq qeyd edib ki, Hörmüz boğazı bağlanarsa, bir həftə ərzində qlobal miqyasda enerji və neft böhranı baş verə bilər:

“Bu böhran artıq təkcə ABŞ-nin deyil, digər qlobal güclərin, o cümlədən Çinin də maraq dairəsinə təsir göstərəcək. Nəticədə bu, neftin qiymətinin sürətlə artmasına səbəb olacaq və bu artım Çin də daxil olmaqla bir çox ölkələrin iqtisadiyyatına zərər vuracaq. Beləliklə, İranın bu addımı dünya dövlətlərinin birgə şəkildə anti-İran koalisiyası yaratmasına səbəb ola bilər ki, bu da İran üçün böyük təhlükə yaradır. Ona görə də Hörmüz boğazı ilə bağlı təhdidlər yalnız söz olaraq qalırsa, bu, təzyiq məqsədi daşıyır. Lakin əgər sözün əsl mənasında, məsələn, husilər və ya başqa bir tərəf vasitəsilə Hörmüz boğazı İran tərəfindən bağlanarsa, bu, həm qlobal ticarətə, həm də enerji bazarına ciddi təsir göstərəcək və genişmiqyaslı enerji böhranına səbəb olacaq. Buna görə də sonrakı proses daha çox İranın davranışından asılı olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyun 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri