Icma.az
close
up
RU
Əgər müəllim uşağını təmin edə bilmirsə, o, mənim uşağıma nə öyrədə bilər? AÇIQLAMA

Əgər müəllim uşağını təmin edə bilmirsə, o, mənim uşağıma nə öyrədə bilər? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Müəllimlərin maaşının aşağı olması təkcə sosial yox, həm də təhsilin keyfiyyətinə təsir edə biləcək ciddi struktur problemidir. Müəllimin maaşının az olması onun peşəyə marağını azaldır. Bu isə nəticədə tədris keyfiyyətinə mənfi təsir edir, peşəkarların təhsil sistemindən uzaqlaşmasına səbəb olur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin maaşının az olması mövzusundan danışarkən bildirdi. Onun sözlərinə görə, müəllimin aldığı maaşın dolanışığa kifayət etməməsi, onların əlavə iş axtarmasına səbəb olur:

"Bu da əsas müəllimlik işinə diqqət ayırmağa mane olur. Əgər müəllimin maddi sıxıntısı varsa, onun təşəbbüskarlığı azalacaq, dərsə yanaşması ciddi formadan formal formaya keçəcək. Müəllim artıq maddiyyat düşünəcək ki, pul qazanıb ailəsini saxlamalıdır. Əgər müəllim uşağını təmin edə bilmirsə, o, mənim uşağıma nə öyrədə bilər? Bu, müəllimi günahlandırmaq deyil, məsələ müəllim əməkhaqqısının az olmasından gedir. Müəllimlərin maaşı bazar iqtisadiyyatında onların ehtiyacını ödəmirsə, dövlətin təhsil siyasəti də uğur qazana bilməz. Nə etmək olar? Müəllim maaşı mərhələli formada artırıla bilər. Düzdür, hansısa “ağıllı” deyəcək ki, sertifikasiyaya görə artım var".

Müsahibimiz bildirdi ki, sertifikasiyaya görə maaş artımı kifayət deyil.

"Ölkədə regionlar arasında fərqlər nəzərə alınmalıdır. Sosial-iqtisadi balans əsasında differensial artım mexanizmi tətbiq oluna bilər. Bütün savadlı müəllimləri şəhərlərə yığmışıq. Müəllim yüksək bal toplayır, onu gətiririk Bakıya. Əksinə, yüksək bal toplayanları regionlara göndərməliyik. Müəllimə elə bir əməkhaqqı verilməlidir ki, o, regionda işləməyə maraqlı olsun. Müəllimlər üçün həmişə əlavə stimullaşdırıcı tədbirlər olmalıdır. Yüksək nəticəli müəllimlərə mükafatlar verilməli, tədris keyfiyyətinə əsaslanaraq əlavə maaşlar ödənməlidir. Uşaqların ali məktəbə girməsi, olimpiada nəticəsi və s. bunlarla həyata keçirilə bilər. Sosial güzəşt paketləri daha real olub, asanlaşdırılmalıdır. Deputat Əli Məsimlinin parlamentdəki çıxışı sadəcə müəllim maaşının azlığından şikayət deyil, həm də təhsil islahatlarının sosial əsasının zəifləməsinə diqqət çəkən xəbərdarlıqdır. Bu məsələ yalnız müəllimləri yox, ümumiyyətlə, ölkənin gələcəyi olan gənc nəslin taleyi ilə bağlıdır", - deyə təhsil eksperti vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri