Icma.az
close
up
RU
Məktəb uşaqlara bilik öyrədə bilsə… Mütəxəssis

Məktəb uşaqlara bilik öyrədə bilsə… Mütəxəssis

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

- +

Şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün lazım olan bilik və bacarıqları məktəbdən əldə edə bilirsə, məktəbdən yayınma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Məktəb yalnız tədris yeri deyil, həm də şagirdlərin həyat məqsədlərini formalaşdıran, onların sosial, emosional və intellektual inkişafını təmin edən bir məkandır. Lakin məktəbin təqdim etdiyi təhsil məzmunu və metodları şagirdin fərdi ehtiyac və maraqlarına cavab vermədikdə, bu, onların məktəbdən yayınmasına və əlavə təhsil mənbələrinə üz tutmasına səbəb ola bilər.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, şagirdlərin məktəbdən istədiklərini alması, tədris prosesinin onların fərdi məqsəd və maraqlarına uyğunluğundan asılıdır. Əgər şagird birbaşa hədəflərinə uyğun biliklər əldə edə bilir, məsələn, imtahan hazırlığı, peşə bacarıqları və ya gələcək karyera üçün lazım olan təməlləri məktəbdə qura bilirsə, bu zaman onun əlavə dəstək axtarmağa ehtiyacı qalmır:

“Bu, həm də məktəbin kurikulumunun müasir və əmək bazarının tələblərinə uyğun olması ilə əlaqəlidir.

Məktəbin sosial mühiti və müəllim-şagird münasibətləri şagirdlərin məktəbə bağlılığını formalaşdıran əsas amillərdən biridir. Şagirdlər məktəbdə yalnız bilik deyil, həm də sosial qarşılıqlı əlaqələr, dəstək və motivasiya gözləyirlər. Əgər məktəb şagirdlər üçün motivasiyaedici bir mühit təmin edə bilirsə, onların məktəbdən yayınma ehtimalı azalar. Bununla yanaşı, müəllimlərin şagirdlərin fərdi potensialını dərk etməsi və onları fərdi yanaşmalarla dəstəkləməsi də məktəbdən yayınmanın qarşısını almaqda mühüm rol oynayır. Məktəb ənənəvi və dar çərçivədə qalırsa, şagirdlərin diqqəti məktəbdən kənara yönələ bilir.
Məktəbin rolu yalnız bilik ötürməklə məhdudlaşmamalıdır; o, şagirdlərdə öyrənməyə həvəs yaratmalı, onların qarşıya qoyduqları məqsədlərə çatmaq üçün özünəinamlarını artırmalıdır. Məktəb, şagirdlərin yalnız akademik deyil, həm də şəxsiyyət inkişafını dəstəkləyən bir məkana çevrilməlidir. Əgər şagird məktəbdə özünü inkişaf etdirə biləcəyi bir mühit görürsə, bu, onun məktəbə bağlılığını daha da artıracaq.
Təhsil sistemi, şagirdlərin fərdi maraqlarını və məqsədlərini nəzərə alaraq, onların ehtiyaclarına uyğunlaşmalı, daha çox interaktiv, praktik və məqsədyönlü olmalıdır”.

Nigar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri