Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Əgər sülh istəyirsə: İndi “top” Ermənistanın meydanındadır

Əgər sülh istəyirsə: İndi “top” Ermənistanın meydanındadır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın son vaxtlar Ermənistana qarşı bir sıra humanist addımlar atması iki ölkə arasında sülhü daha da yaxınlaşdıra bilər. 

Ötən ilin noyabr ayında Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə tətbiq edilən qadağanı aradan qaldırması ilə başlanan ticarət əməliyyatları qarşılıqlı etimadın daha da güclənməsi ilə müşahidə olunur. Bu müddətdə iki dəfə Qazaxıstan taxılı Azərbaycan ərazisindən keçərək Ermənistana göndərilib.

Dekabrın 19-dan bəri ayrı-ayrı vaxtlarda Azərbaycan Ermənistana “Aİ-95 premium”, “Aİ-92” markalı benzin və dizel yanacağı tədarük edib. Nəticədə, Ermənistan bazarında benzinin və dizelin qiyməti ucuzlaşıb. 

Hətta Ermənistanın Baş naziri benzinin qiymətinin 550 dramdan 430 drama qədər enməsini sülhün əlaməti adlandırıb. “Əsl sülh belə olur. Bu real sülhün özüdür”,-deyə Ermənistanın Baş naziri qeyd edib. Hətta ABŞ Prezidenti Donald Tramp da Azərbaycanın bu addımlarının münaqişənin həllinə xidmət etdiyinixüsusi vurğulayaraq deyib: 

“Mən Ermənistanla Azərbaycan arasında münaqişəni həll etdim. Artıq onlar ticarət edirlər”. Yaxın vaxtlarda Rusiya hökuməti də Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana ixrac ediləcək şəkərin tranzitini həyata keçirmək istəyini bildirib. 

Göründüyü kimi, Azərbaycan tərəfinin humanist mövqeyi sayəsində 30 ildən artıq özünü təcrid vəziyyətində saxlayan Ermənistan iqtisadi blokadadan çıxmağa başlayıb. Yanvarın 14-də isə Azərbaycan dövləti növbəti humanistlik nümayiş etdirərək dörd nəfər hərbi cinayətkarı Ermənistan tərəfinə təhvil verib. 

Erməni diasporu və lobbisi indiyə qədər beynəlxalq platformalarda hərbi cinayət törətmiş məhbusların azadlığa buraxılmasını gündəmə gətirməklə bu məsələdən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışıblar. 

Lakin Azərbaycan GevorqSujyan, DavidDavtyan, VigenEuledjyan və Vaqif Xaçatryanı kiminsə tələbi və təzyiqinə görə deyil, humanizm prinsiplərini rəhbər tutaraq sülh naminə Ermənistan tərəfinə qaytarıb. Avropa İttifaqı Azərbaycanın bu qərarını alqışlayıb. 

Azərbaycan tərəfi regionda sülhün bərqərar olması üçün siyasi və hüquqi addımlarla yanaşı, humanitar aksiyalara da üstünlük verir. Bu yanaşma 1988-ci ildən bəri Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı aparılan nifrət və düşmənçilik təbliğatının aradan qaldırılmasında mühüm rol oynaya bilər. 

Yəni real sülhə nail olmaq üçün radikal faşist düşüncəsinin üstünlük təşkil etdiyi erməni ictimai rəyinin dəyişməsinə ehtiyac var. Bu baxımdan, Azərbaycan dövləti ilkin strateji hədəflərinə çatıb. Əgər Ermənistanda ilk vaxtlar Azərbaycan benzinini almamaq çağırışları səslənirdisə, indi əks-vəziyyət yaranıb. 

Ermənistan ucuz qiymətə satılan Azərbaycan benzinini almaq üçün uzun növbələrin yarandığı bildirilir. Bütün bunlar isə iyun ayında keçiriləcək parlament seçkilərinə “Sülh” şüarı ilə gedən Baş nazir Nikol Paşinyanın siyasi mövqeyini gücləndirir. 

Ermənistan cəmiyyətində Azərbaycan istehsalı olan və Azərbaycan üzərindən göndərilən məhsullara tələbatın artması seçkilər yaxınlaşdıqca ictimai rəyi revanşist müxalifətin əleyhinə dəyişir. 

Lakin sülhün qarşılıqlı proses olduğunu nəzərə alsaq, bu cür kompromislər və humanist addımlar birtərəfli olmamalıdır. Yəni Azərbaycanla yanaşı, Ermənistan da regionda sülhün bərqərar olması üçün siyasi iradə nümayiş etdirməlidir. Azərbaycan öz mövqeyini əməli şəkildə ortaya qoyub. İndi isə növbə Ermənistanındır. 

Rəsmi İrəvan Azərbaycana bir sıra kənd təsərrüfatı, içki məhsulları, alüminium ixrac edəcəyini bildirib. Azərbaycan blokada şəraitində olmadığından, həmin məhsulları başqa ölkələrdən də əldə edə bilər. İkincisi, Azərbaycan özü kifayət qədər kənd təsərrüfatı malları və müxtəlif növ içkilər istehsal edir. Yəni Ermənistan sülhə töhfə vermək üçün daha ciddi qərarlar qəbul etməlidir. 

Məsələn, Ermənistan Azərbaycanın dörd anklav kəndini hələ işğal altında saxlayır və həmin yaşayış məntəqələrini geri qaytarmalıdır. Həmçinin, Ermənistan hakimiyyəti “Azadlığı müdafiə aktı”na 907-ci əlavənin ləğvinə dəstək üçün ABŞ Konqresinə müraciət edə bilər. Bu cür addımlar qarşılıqlı siyasi etimadın möhkəmlənməsində mühüm rol oynamış olar. 

Eləcə də, Ermənistan konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarını ləğv etməlidir. Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan bir sıra qərarlar və hüquqi-normativ sənədlər var ki, onları referendum keçirilmədən, parlamentin qərarı ilə ləğv etmək mümkündür. 

Ona görə də Ermənistan bu istiqamətdə real addımlar atmalıdır. Rəsmi İrəvan sülh təşəbbüsü kimi işğal dövründə Azərbaycan ərazilərindən Ermənistana daşınmış xeyli sayda qədim tarixə malik antikvar əşyaları geri qaytara bilər. Artıq “top” Ermənistanın meydanındadır və əgər xoş niyyəti varsa, onu nümayiş etdirməlidir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan Ermənistan neft traziti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri