Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Cəmi iki şərtimiz var! Top Ermənistanın meydanındadır

Cəmi iki şərtimiz var! Top Ermənistanın meydanındadır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Azərbaycanın sülh təşəbbüslərinə əsaslanan bu sənəd hər iki ölkənin nümayəndələrinin uzunmüddətli və səmərəli danışıqları nəticəsində formalaşıb.

Rəsmi Bakı sülh müqaviləsinin mətnin hazırlanmasında heç bir əlavə şərt irəli sürməyib, ancaq Azərbaycan mövcud reallıqların qəbul olunmasını istəyir. Bunun üçün Ermənistan cəmi 2 şərti yerinə yetirməlidir.

Minsk Qrupunun ləğvi

Sülh prosesində ən vacib məsələlərdən biri ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir. Qeyd edək ki, Minsk Qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təmin etmək məqsədilə yaradılıb. Lakin uzun illər ərzində fəaliyyət göstərməsinə baxmayaraq, qrup münaqişənin həllinə heç bir ciddi töhfə vermədi. Əksinə, proses uzadılaraq nəticəsiz qalırdı.

2020-ci ildə Azərbaycanın öz torpaqlarını 44 günlük Vətən Müharibəsi nəticəsində azad etməsi ilə Minsk Qrupunun fəaliyyəti aktual olmamaqla yanaşı, mənasız hala gəldi. Bu səbəbdən Azərbaycan həmin strukturun ləğv olunmasını tələb edir. Lakin Ermənistan bu addımı atmaqda ya çəkinir, ya da bilərəkdən gecikdirir. Rəsmi İrəvanın Minsk Qrupuna bağlı qalmaq cəhdləri isə suallar doğurur. Ermənistanın bu yanaşması gələcəkdə yenidən ərazi iddiaları irəli sürmək niyyətində olduğuna işarə edə bilər.

"Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir?", - ötən gün Prezident İlham Əliyev alman həmkarı ilə birgə mətbuat konfransında deyib.

Həqiqətən, son dövrlərdə Ermənistanın sürətlə silahlanması və öldürücü silahlar əldə etməsi bu ehtimalları gücləndirir. Bu prosesdə Fransanın Ermənistana dəstəyi xüsusi qeyd edilməlidir. Fransa tərəfindən təmin edilən hərbi yardımlar və siyasi dəstək Ermənistanın sülh prosesinə əngəl yaratmasına xidmət edir. Yeni təxribat planlarının həyata keçirilməsi ehtimalı isə Azərbaycanın narahatlıqlarını artırır.

Ermənistan konstitusiyası sülhə maneədir

Sülh sazişinə gedən yolda digər əsas maneə Ermənistanın konstitusiyasıdır. Ermənistanın konstitusiyasında müstəqillik aktına istinad edilir. Həmin aktda "Qarabağın müstəqilliyi”nin tanınması nəzərdə tutulur ki, bu da Azərbaycanın ərazi bütövlüyünə ziddir.

Rəsmi Bakı bu məqamın dəyişdirilməsini tələb edir. Azərbaycan bildirir ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, ilk növbədə konstitusiyasında dəyişiklik etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əks halda, hüquqi ziddiyyətlər davam edəcək və sülh prosesinə mane olacaq.

Qeyd edək ki, tarixi sülh müqaviləsi üzərində hər iki ölkənin mütəxəssisləri, hüquqşünasları və Xarici İşlər Nazirliklərinin nümayəndələri fəal şəkildə çalışıblar. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, bu sənədin həddindən artıq yüklənməsi məqsədəuyğun deyil. Əsas prinsipləri əhatə edən yığcam və aydın mətn tərəflər arasında razılığın əldə olunmasına daha çox kömək edəcək.

Müqavilənin ən vacib bəndi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Bu ərazi bütövlüyünə Qarabağ da daxildir. Ermənistanın bunu qəbul etməsi, gələcəkdə hər hansı ərazi iddialarının hüquqi əsaslarının tamamilə aradan qaldırılması deməkdir.

Top Ermənistanın meydanındadır

Bütün dünyaya "sülh" hayqıran Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü iki əsas şərtə cavab verməlidir. Ermənistanın sülhə doğru addım atması yalnız Bakının tələblərini qəbul etməsi ilə mümkün olacaq. Paşinyan hökuməti ya Minsk Qrupunun ləğvinə və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına razılıq verəcək, ya da sülh prosesindən uzaqlaşacaq. Rəsmi İrəvanın seçim qarşısında qaldığı bu məqam regionda sabitliyin gələcəyini müəyyənləşdirəcək. Ermənistanın bu tələblərə cavab verməsi bütün prosesin gedişatını dəyişə bilər.

Beləliklə, sülh müqaviləsinin imzalanmasına maneə yaradan əsas məsələlər məhz Ermənistanın atacağı addımlardan asılıdır. Rəsmi Bakı bildirir ki, əgər Ermənistan həqiqətən də sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın irəli sürdüyü bu iki legitim şərti qəbul etməlidir. Əks halda, məsuliyyət Ermənistanın üzərində qalacaq. Necə deyərlər, top Ermənistanın meydanındadır...

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri