Icma.az
close
up
RU
Əhali bu banklardan niyə narazıdır? Səbəblər bəlli oldu

Əhali bu banklardan niyə narazıdır? Səbəblər bəlli oldu

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin dekabr ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini açıqlayıb. 2025-ci ilin dekabr ayında Azərbaycanda ən çox şikayət edilən bank 6 indeksi ilə Bank “BTB” seçilib. “Yelo bank” siyahıda ikinci (2.19 indeksi), “Bank of Baku”, üçüncü (1.63 indeksi), “Unibank” isə dördüncü olub.

Ramiz Mehdiyevə məxsus olan BTB bank müştəri şikayətinə görə hər zaman zirvədə olduğuna görə bu haqda xüsusi araşdırma aparmağa ehtiyac yoxdur. Xüsusilə Mehdiyevlə bağlı cinayət işindən sonra bu bankın gələcəyi sual altındadır.

2025-ci ilin ümumi maliyyə mənzərəsinə baxsaq, aylıq şikayət indekslərində yuxarıda adları sadalanan bankların da mütəmadi yer aldığını görürük. Xüsusən “Yelo Bank” və “Unibank”ın müştərilər qarşısında imici heç də yaxşı deyil.

“Yeni Sabah” müştərilərin bu banklardan şikayət etməsinin səbəblərini araşdırıb. Sosial şəbəkələrdə sözügedən bankların kart, bankomat və sistem xidmətləri ilə bağlı tez-tez şikayətlər əks olunur. Müştərilər əsasən kredit ödənişləri, kart əməliyyatları, gecikdirilən köçürmələr və bank xidmətlərində şəffaflığın olmamasından narazılıq edirlər.

Şikayətçilərin bildirdiyinə görə, bəzi banklar kredit müqavilələrində göstərilməyən əlavə ödənişlər tələb edir, vaxtında həyata keçirilməyən kart köçürmələri isə müştəriləri maddi çətin vəziyyətə salır. Eyni zamanda, bank filiallarında və çağrı mərkəzlərində müraciətlərə gec cavab verilməsi də narazılığı artıran əsas səbəblərdən biridir.

Vətəndaşlar qeyd edirlər ki, problemlə bağlı banklara müraciət etsələr də, əksər hallarda məsələ uzun müddət həllini tapmır. Bu isə bank-müştəri münasibətlərində etimadın azalmasına səbəb olur.

Ötən il ərzində “Yelo Bank”ın aktivləri, “Unibank”ın isə depozitləri xeyli azalıb. “Bank of Baku” isə problemli kreditləri ilə mübarizə aparmaqdadır. Geridə qoyduğumuz ilin avqustunda haqqında bəhs olunan bankın problemli kredit həcmi bir öncəki illə müqayisədə 55 faizdən çox artaraq, 35,25 milyon manat təşkil edib.

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların banklardan şikayətlərini cavablandırmaq üçün yeni qaynar xəttini işə salıb. Həmin il Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara tapşırıb ki, inzibati binalarında (filial, şöbə) “966” qaynar xətti barədə məlumat lövhəsi yerləşdirilsin. Buna əsasən hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri