Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Əhali niyə Bakıya axışır? SƏBƏBLƏR, TƏKLİF

Əhali niyə Bakıya axışır? SƏBƏBLƏR, TƏKLİF

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə əhalisinin, iqtisadiyyatının, sosial-mədəni infrastrukturun regionlar üzrə bərabər paylanmasını təşkil etmək mümkündürmü?

Bu gün ölkəmiz üçün problem yaradan əsas məsələlərdən biri də ultraurbanizasiya prosesdir. Daha doğrusu, ölkə əhalisinin bir istiqamətli (regionlardan paytaxta doğru) fasiləsiz və kütləvi daxili miqrasiya prosesi. Bu problemin yaranmasının ən azı 35 illik tarixi var. 80-lərin sonunda Ermənistandan qovulmuş 250 min insanın Qarabağa yönəldilməsi əvəzinə əksər hissəsinin Bakıya cəmləşdirilməsi, 90-ların əvvəlində işğal edilmiş ərazilərdən didərgin salınan 700 minə yaxın insanın digər regionlara paylanması əvəzinə 90 faizinin Bakı-Abşeron zonasına cəmləşdirilməsi obyektiv əsaslı urbanizasiya prosesi yaratdı. Sonralar isə subyektiv əsaslı təbii urbanizasiya baş verdi. Birinci prosesin səbəbi məlumdur, biz 2-ci prosesin səbəbləri haqda danışmaq istəyirik.

Sosialist respublika dövründə Azərbaycanda çox böyük bir sənaye infrastrukturu, böyük aqrar təsərrüfatlar sistemi yaradılmışdı. Bütün regionlarda, şəhərlərdə, qəsəbələrdə zavodlar, müəssisələr, fabriklər, kəndlərdə çoxlu sayda kolxoz, sovxoz və s. təsərrüfatlar var idi. Hər öz öz şəhərrində, öz kəndində yaşayır, işləyirdi. Regionlardan Bakıya gələnlər isə az sayda və konkret işlə, təyinatla bağlı olurdu. Yəni urbanizasiya yavaş sürətlə baş verirdi və təbii davam edirdi.

Sovet dövründən sonra artıq bütün bu sistem dağıldı. Bütün təsərrüfatlar, fabrik və zavodların fəaliyyəti dayandı. İqtisadiyyat tamamilə sıradan çıxdı, biz yalnız neft sektorunun ümidinə qaldıq. Nəticədə şəhərlərə, əsasən də Bakı şəhərinə axın gücləndi. Regionlarda yaşaya bilməyən, işləyə bilməyən insanlar Bakıya axışmağa başladı. Çünki yalnız Bakıda bəzi müəssisələr qalmışdı, bir az iş yerləri var idi, tikintilər davam edirdi və insanlar buralarda iş tapa bilirdilər. Bu səbəbdən bölgələrdən Bakıya arasıkəsilməz axın davam edirdi. Getdikcə regionlarda əhali azalır, paytaxtda isə artırdı. Bu tendensiya 35 ildə yaxındır davam edir. Nəticədə əhalinin yerləşməsində ciddi disbalans yaranıb- ölkə əhalisinin təxminən yarısı- 5 milyon nəfər Bakı və Bakıətrafı ərazidə cəmləşib.

Digər şəhərlərdə isə (Gəncə, Sumqayıt istisna) isə sənaye müsəssiələri çox azdır. Rayonlarda işsizlik səviyyəsi yuxarıdır. Kəndlərdə təsərrüfatlarda da başqa problemlər var. Bir çox torpaqlar məhsuldar deyil, ölkəmizin torpaq fondunun 50 faizə yaxını baxımsızlıqdan şoranlaşmaya məruz qalıb, suvarma problemi var, təsərfüfatların texnika problemi var, məhsulu bazara çıxarmaqda maneələr var. Aqrar təsərrüfatlarda gəlir əldə etmək əksər hallarda mümkün olmur. Nəticədə isə insanlar ya xarici ölkələrə üz tutmalı, ya da daxili miqrasiya etməlidirlər. Daxili yerdəyişmədə daha çox Bakı, Gəncə, Sumqayıt, Xırdalan kimi şəhərlərə toplaşmalı olurlar. Bunun nəticəsində də regionlarda işsizlik artırır. Nəticədə ölkə iqtisadiyyatının təxminən 2/3-i Bakıda formalaşır və regionların payı burada çox azdır.

Beləliklə, hazırki vəziyyətdə paytaxt və regionlar arasında həm iqtisadi, həm disbalans, həm də sosial disbalans var ki, bu da çox ciddi problemlər yaradır. Bunun nəticəsi özünü bütün sahələrdə göstərir. Yəni, artıq insanlar, normal yaşamaq üçün ev ala bilmirlər, özlərinə bir iş tapa bilmirlər, bir çoxu hətta Bakıda iş tapanda belə, çox aşağı maaşla tapırlar, nəticədə ailə qura bilmirlər. Normal sağlam həyat şərtlərini təmin edə bilmirlər. Ona görə də ölkədə regionların inkişafı və məşğulluq probleminin həlli üçün xüsusi bir böyük proqram həyata keçirilməlidir.

Əhalini paytaxtdan regionlara qaytarmaq üçün regionlarda fəaliyyət göstərən insanlara hər cür şərait yaradılmalıdır. Kəndlərdə torpağı olanlara xüsusi dəstək olunmalıdır, maneələr aradan qaldırılmalıdır ki, əkin-biçinlə, heyvandarlıqla məşğul olunsun. Digər şəhərlərdə, qəsəbələrdə müəyyən istehsal müəssisələri təşkil olunmalıdır. Bizdə xammalı olan sahələrdə- pambıq, üzüm, tütün, barama meyvəçilik, tərəvəzçilik və s.- emal sənayesi yaratmaq lazımdır. Kiçik sahibkarlığa xüsusi dəstək verilməlidir ki, kiçik xidmət obyektləri, istehsal sexləri təşkil etsinlər.

Əvvəllər Bakı və regionlar arasında sadələşmiş vergi dərəcəsi arasında 2 dəfə fərq var idi- regionlarda 2 dəfə aşağı idi. Sonra bu nisbət bərabərləşdirildi. Halbuki, fərqi daha da artırmaq lazım idi. Bölgələrdə bütün vergi növləri üzrə dərəcələr Bakıdan azı 2 dəfə aşağı olmaldır. Bundan başqa, müxtəlif sahələrdə- dövlət xidmətlərində, kommunal rüsumlarda və s. sahələrdə bölgələrdə 2 dəfə aşağı tariflər olmalıdır.

Bölgələrdə məşğulluğu təmin etmək üçün ən yaxşı tədbirlərdən biri də Özünüməşğulluq proqramıdır. Təəssüf ki, onun əhatə dairəsi, maliyyəsi azdır. Bu proqramın miqyasını və maliyyə imkanlarını ən azı 10 dəfə artırmaq lazımdır, regionlarda yaşayanlara vermək lazımdır ki, bir istehsal və ya xidmət obyekti qursunlar. Yaxud torpağı olanlara meyvə tingləri, heyvanlar verilməlidir ki, hər kəs özünü işlə təmin etsin. Nəticədə regionlarda iqtisadi aktivlik, əhalinin paytaxtdan regionlara qayıtması prosesi baş verəcək.

Bu sahədə bir çox ölkələrin müsbət təcrübəsi var, məsələn, Rusiyada regionlara xüsusi güzəştlər tətbiq olunur, orada yaşayanlar az vergi verir, kommunal xidmətlər aşağı olur, bir çox dövlət xidmətlərində 50 faiz güzəşt olur, pulsuz topraq sahəsi verilir və yaxud maaşlar bir az yüksək olur. Nəticədə insanlar ölkənin az məskunlaşmış şərq hissələrində yaşamağa həvəslənir.

Əgər bizdə də belə bir sistem tətbqi olunsa, regionlarda iş və həyat şəraiti yaxşılaşsa, Bakıya gələnlərin çoxu geri qayıdacaq. Nəticədə ölkənin bərabər tərəfli inkişafı gedər, bütün regionlarda istehsal, iqtisadiyyat qurular. Əhali ölkə üzrə bərabər paylanar. Ölkə iqtisadiyyatında regionların payı artar. Respublikada məhsul bolluğu və ucuzluq baş verər. İnsanların yaşayış xərcləri də azalmış olar, məsələn, Bakıda tutaq ki, bir ailənin yaşaması üçün 1500-2000 manat lazımdırsa, regionda, kənddə bu 700-800 manatla da mümkündür. Yəni, elə bir sistem qurulmalıdır ki, bu ölkədə yaranmış bu sosial, iqtisadi, mədəni potensial tarazlı şəkildə paylansın. Bütün biznes istehsalı, dövlət resursları hamısı Bakıda olmasın, regionlara paylansın. Bakıdan bir çox müəssisələri regionlara köçürmək lazımdır. İstər sənaye müəssisələri olsun, istər təhsil müəssisələri olsun və s. Özəl universitetlərin hamısını, eləcə də dövlət universitetlərinin yarısını regionlara köçürmək lazımdır.

Yeni tikiləcək bütün böyük zavodları, fabrikləri regionlara salmaq lazımdır. Bəzi dövlət orqanlarını bölgələrə köçürmək olar, Kənd Təsərrüfatı Nazirliyi başda olmaqla 5-6 dövlət orqanını ora köçürmək olar. Belə olduqda iqtisadi aktivlik yaranır.

Bu gün isə kəndlər boşalır, rayonlarda adam azalır, əksinə bir proses başlanmalıdır. Çünki, birtərəfli tendensiya gedir və dayanmır, fasiləsiz olaraq Bakıda vəziyyətin necə ağırlaşdığını görürük. Artıq şəhərin kommunal və nəqliyyat infrastrukturu bu qədər əhalini ödəməyə yetmir. Regionlarda isə bomboş torpaqlar qalır, evlər boş qalır. Dövlət elə bir proqram həyata keçirməlidir ki, əhali və iqtisadiyyat ölkə ərazisi üzrə bərabər paylansın.

Fiziki, coğrafi, iqlim cəhətdən götürsək, bizim regionlarımızın demək olar ki, 80 faizi yaşayış cəhətdən Abşerondan daha yaxşıdır. Daha münbit torpaqlar, meşələr, çaylar, göllər. Təbiət qoynunda yaşamaq daha sağlam həyat olar. Buna görə də, əhalinin regionlara yönəldilməsi üçün bütün şərtlər təmin olunmalıdır ki, ölkəmiz həm sosial, həm iqtisadi cəhətdən tarazlı və davamlı inkişaf etsin.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see253

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see245

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see239

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see232

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see231

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see225

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see222

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see215

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see206

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see197

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see194

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see193

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see192

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see189

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see188

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see184

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see184

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see182

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see181

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri