Icma.az
close
up
RU
“Əhali polietilen torbaları boykot etməlidir...” Ekspert

“Əhali polietilen torbaları boykot etməlidir...” Ekspert

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hələ illər öncə Azad İstehlakçılar Birliyi polietilen torbaların pulla satılmasının tərəfdarı olub. Hələ biz 2009-cu ildə Bakının mərkəzində küçə nümayişi keçirmişik, plastik torbalarla ətraf mühitin korlanması məsələsini dövlət orqanları qarşısında qaldırmışıq və polietilen torba biznesi getdikcə genişlənib. Şübhəsiz ki, heç əvvəl də bu torbalar əhaliyə pulsuz verilmirdi, malların üzərinə hesablanırdı. Sadəcə olaraq bunu istehlakçılar görmürdülər deyə bunun təmənnasız olduğunu düşünürdülər. Lakin yaxşı oldu ki, hökumətin bununla bağlı müəyyən qərarları oldu. İstehlakçının görə biləcəyi bir vəziyyətə gətirildi ki, bu torbalar pulludur və polietilen torbaların pulla satılması bütün dünya ölkələrində, o cümlədən MDB məkanında da mövcuddur”. 

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Ekspert bu məsələləri daim dövlət orqanları qarşısında qaldırdığını bildirib:

“Çox təəssüf ki, əsrlər boyu mövcud olan bazar torbalarını polietilen torbalar sıxışdırıb çıxardılar. Bu torbaların ən yaxşısı isə el arasında “talış zənbili” adlandırılan torbalardır və bunlar da çox təəssüf ki, dəbdən düşdü. Əvvəlki illərdə insanlar bu zənbillərlə bazara çox fəxrlə gedirdilər”. 

O, bildirib ki, polietilen torbaların qiymətinin artması ilə bağlı birliyə çoxlu istehlakçı zəngləri edilir:

“Əhali narazılığını bildirir və bu narazılığa çox maraqlıdır ki, satıcılar da qoşulub. Lakin bunun kim tərəfindən belə edildiyi məlum deyil. Poletilen torbalar müştərilərə pulla satılanda düşünürdülər ki, tələb azalacaq. Amma bunun əksi baş verdi. Ona görə də bu məsələlər araşdırılmalıdır. Biz həmişə tərəfdarı olmuşuq ki, polietilen torbalar rəngli yox, tam şəffaf və nazik olsun. Lakin təəssüf ki, biznes qurumları və polietilen torba istehsalçıları yenə də vəziyyətdən istifadə etdilər öz reklamlarını yerləşdirdilər, tərkibində zərərli maddələr olan bu torbalar evlərə daxil oldu”. 

E.Hüseynov deyib ki, əhali polietilen torbaları boykot etməlidir:

“Bununla da talış zənbillərinə keçməlidirlər. Bu baş verməlidir. Təəssüflər olsun ki, əhali bu işə çox ədalətlə yanaşır. Ciddi təbliğatın getməsi çox vacibdir. Gərək bu işə maraqlı olan dövlət qurumları media ilə sıx əlaqəli işləsinlər. Əhalinin ən yaxşı maarifləndirilməsi həyata keçirilsin”. 

Qeyd edək ki, plastik torbaların qiyməti artırılıb. Bununla da kiçik torbalar 5, böyük torbalar isə 7 qəpik olub. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri