Icma.az
close
up
RU
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr əhali üçün ağırdır EKSPERT

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr əhali üçün ağırdır EKSPERT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin artması, ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi qurumlar qəzaların baş verməsində əsas səbəb kimi piyadaların məsuliyyətsiz davranışını ön plana çıxarır. Xüsusilə yeraltı və yerüstü piyada keçidlərindən istifadə edilməməsi təhlükəsizlik risklərini artıran əsas amillərdəndir. Lakin mövzuya yalnız bu prizmadan yanaşmaq cəmiyyətdə yaranan narazılıqları tam əks etdirmir. Piyadalar və sürücülər cərimə mexanizmləri ilə bağlı ciddi iradlar səsləndirirlər. Bir çox vətəndaş hesab edir ki, tətbiq olunan cərimələrin məbləği əhalinin real gəlir səviyyəsinə uyğun deyil. Məsələ ilə bağlı ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. O bildirib ki, müəyyən hallarda cəza tədbirlərinin sərtləşdirilməsi qaçılmazdır. Bununla belə, nazir müavini əsas hədəfin cərimələrin artırılması yox, vətəndaşların maarifləndirilməsi və yol hərəkəti mədəniyyətinin formalaşdırılması olduğunu vurğulayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yol hərəkətində təhlükəsizlik və nizam-intizamla bağlı ciddi problemlər var:

“Nə sürücülər, nə də sərnişinlər mövcud qaydalara lazımi səviyyədə əməl edirlər. Problemlərin aradan qaldırılması üçün genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Cəmiyyətdə “qaydalar min illərdir necədirsə, elə də qalmalıdır” kimi yanlış bir düşüncə formalaşıb. Bu yanaşma dəyişmədikcə müsbət nəticə əldə etmək mümkün deyil. Yol hərəkəti qaydaları formal tələblər deyil, insanların həyatını və ictimai təhlükəsizliyi qoruyan mexanizmdir. Bu səbəbdən maarifləndirmə prosesi ailədən başlamalı, məktəb və uşaq bağçalarında davam etdirilməlidir. Hazırda ölkədə sıx nəqliyyat axınını nəzərə alaraq, yol hərəkəti qaydalarına riayət etməliyik”. 

Mövcud vəziyyəti qiymətləndirən ekspert, bildirib ki, cərimələrin miqdarı əhali üçün ağırdır:

“Cərimələr hüquq qaydalarına riayət olunmasını təmin edən vasitələrdən biridir. Lakin cərimələr problemin həlli üçün kifayət deyil. Hazırda piyadanın müəyyən olunmamış yerdən keçməsinə görə 20 manat cərimə tətbiq olunur. Sürət həddi 80 km/saatdan yuxarı olan yollarda isə bu məbləğ 40 manata çatır. Mövcud vəziyyət göstərir ki, vətəndaşlar üçün cərimələrin miqdarı kifayət qədər ağırdır. Azərbaycanda çox az adam var ki, 20 manatını “havaya atmağa” hazır olsun. Bir hüquqşünas kimi deyə bilərəm ki, cərimələrin artırılmasına ehtiyac yoxdur. Onların tətbiq strategiyası və maarifləndirmə üsulları üzərində işlər görülməlidir. Vətəndaş bilməlidir ki, qaydaları pozmaq həm onun həyatına təhlükə yarada bilər, həm də polis tərəfindən saxlanılaraq cərimə tətbiq oluna bilər. hüquqi müstəvidə əsas prinsip məsuliyyətin labüdlüyünün təmin edilməsidir”.

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri