Icma.az
close
up
RU
Əhali pulunu geri çəkdi, Yelo Bank ın nağd vəsaitləri azaldı

Əhali pulunu geri çəkdi, Yelo Bank ın nağd vəsaitləri azaldı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin birinci rübü “Yello Bank” üçün uğurlu olmayıb. Aprelin 1-nə qurumun aktivləri ilin əvvəli ilə müqayisədə azalıb. Belə ki, bankın aktivləri 1 milyard 279 milyon 637 min manatdan 1 milyard 260 min 888 min manata düşüb.

"Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, bankın rüblük hesabatına əsasən “Yello Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də azalıb. 2024-ci ilin sonundakı 229 milyon 962 min manatdan aprelin 1-i tarixinə 213 milyon 309 min manata düşüb.

Maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminə gəlincə, ilin əvvəlindəki 61,743.80 min manatdan birinci rübün sonuna 21,124.40 min manata düşüb. Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb. Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb. Hesabat dövründə hüquqi şəxslər 24 milyon 337 min manatı bankdan çıxarıblar. Ümumilikdə bankın kredit portfeli 960,276.43 min manat, depozit portfeli isə 913,477.90 min manatdır.

Faiz gəlirləri azalıb

İlin üç ayında “Yello Bank”ın ötən ilin birinci rübü ilə müqayisədə kreditləşməni artırmasına baxmayaraq, faiz gəlirləri 0.48% azalıb. Belə ki, 2025-ci ilin 3 ayında bank 38 milyon 236 min manat kredit verib. Bu dövrdə faiz gəlirləri 40,789.15 min manat olub. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 40,984.21 min manat idi. Həmin vaxt bank 30,536.09 min manat kredit vermişdi.

Faiz gəlirlərinin azalmasında “Yelo Bank”ın Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərinin aşağı düşməsinin də payı olub. Bu istiqamətdə faiz gəlirləri 2024-cü ilin ilk rübündə 2,193.8 min manata qədər düşüb.

2025-ci ilin aprelin 1-i tarixinə bankın faiz xərcləri 13,105.43 (ötən ilin eyni dövründə 12,121.75 min manat) min manata çatıb. Xalis faiz gəliri 27,099.15 min manat, qeyri-faiz gəlirləri 4,113.57 min manat olub. Yeri gəlmişkən, 2024-cü ilin birinci rübündə bankın xalis faiz gəliri 27,024.77 min manat olub. Göründüyü kimi dəyişiklik yoxdur.

Bankın qeyri-faiz gəlirləri isə 72.71% i azalıb. Əgər 2024-cü ilin ilk rübündə “Yello Bank” 15,084.65 qeyri-faiz gəliri əldə etmişdisə, 2025-ci ilin birinci rübündə bu rəqəm 4,113.57 manat olub.

Azalma alınan haqq və kommisiya gəlirlərində, xarici valyutadan əldə olunan qeyri-faiz gəlirlərində baş verib.

Bankın faiz xərcləri 12 mln. 121.75 min manatdan 13 mln. 105.43 min manata yüksəlsə də, qeyri-faiz xərcləri 4 mln. manatdan çox azalaraq 26 mln. 629.95 min manatdan 22 mln. 261.19 min manata düşüb. Yeri gəlmişkən, qeyri-faiz xərclərinin tərkibində əmək haqqı və digər kompensiya növləri üzrə xərclərin ilin ilk rübündə 2024-cü ilin yanvar-fevral-mart ayları ilə müqayisədə azalması diqqət çəkir. Məsələn, bank ötən ilin sözügedən dövründə əmək haqqı və digər kompensiya növləri üzrə 16,509.33 min manat xərc çəkmişdisə, bu il 11,510.73 min manat xərcləyib. 4,9 milyon manat azalma o deməkdir ki, bank ya işçi ştatında ixtisara gedib, ya da əmək haqlarını aşağı salıb.

“Yello Bank”ın mənfəəti kəskin düşüb

Beləliklə, 2024-cü ilin ilk üç ayında “Yello Bank” 15,479.47 min manat xalis əməliyyat mənfəəti əldə etmişdisə, bu ilin eyni dövründə cəmi 8,951.53 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 42.15% azalma deməkdir. Dövr üzrə xalis mənfəəti 11,199.62 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.71% azdı. Həmin vaxt bank 14 mln. 125.50 min manat xalis mənfəət əldə etmişdi.

"Ümidsiz" kreditlər

Bankda 32 milyon 426 min manat kreditin vaxtı keçib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 3,38%-ə yüksəlib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə vaxtı keçmiş kreditlər 26 milyon 635 min manat olub. Portfeldəki payı isə 3.32% təşkil edib. 960,276.43 min manat kredit portfelinin 916,747.57 min manatı standrt, 28,550.69 min manatını qeyri-standart kreditlər təşkil edir. Bunun da 20 milyon manatdan çox hissəsi ümidsizdir. Yəni 1 ildən artıqdır ki, bank əhaliyə verdiyi bu borcu geri ala bilmir. “Yelo Bank” bu səbəbdən də cəmi kreditlər üzrə ehtiyatlarını artıraraq 31,272.30 min manata çatdırıb.

Aldadıcı kredit faizləri

Sosial şəbəkələrdə verilən elanlarda, eləcə də mobil telefonlara gələn mesajlarda “Yello Bank” 10-12 faizlə nağd kredit təklif edir. Bankın rüblük hesabatında regionlar üzrə kreditlərin orta faiz dərəcələrinə diqqət yetirdikdə fərqli mənzərə ortaya çıxır. Belə aydın olur ki, bank bir Ordubad, bir də Zaqatalada aşağı faizlə yəni 7-8 faizlə kredit ayırır. Kreditləşmənin payının çox olduğu Bakıda faiz dərəcələri 15.53%-dən başlayır. Neftçala, Qobustan rayonlarında orta kredit faizləri hətta 20%-dən yüksəkdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri