Icma.az
close
up
RU
2024 cü ildə “Yelo Bank”ın aktivləri azalıb, əhali bankdakı pulunu geri götürüb

2024 cü ildə “Yelo Bank”ın aktivləri azalıb, əhali bankdakı pulunu geri götürüb

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

2024-cü ildə 2023-cü illə müqayisədə “Yelo Bank”ın aktivlərinin həcmi azalıb.

Teleqraf.com bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın aktivləri 2024-cü ilin əvvəlindəki 1 milyard 566 milyon 452.89 min manatdan ilin sonuna 1 milyard 279 milyon 637.84 min manata düşüb.

Bankın öhdəlikləri isə 1 milyard 467 milyon 384.41 min manatdan 1milyard 135 milyon 645.42 min manata qədər azalıb.

Xüsusi azalma əmanətlərin həcmində qeydə alınıb. Bankdakı depozitlər 1 milyard 292 milyon manatdan 928 milyon 774.35 min manata düşüb. Bu portfeldə ən çox kiçilmə hüquqi şəxslərin əmanətlərində baş verib. Şirkətlər son bir ildə yarım milyard manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə hüquqi şəxslərin bankdakı 720 milyon 595.32 min manat əmanəti 197 milyon 822.07 min manata qədər azalıb.

Bankın nağd pul vəsaitləri də əriyib. 2023-cü ilin sonundakı 687 milyon 293.65 min manatdan 229 milyon 962.93 min manata düşüb.

Hesabat dövründə Yelo Bank" gəlirlərini əsasən müştərilərə verilən kreditlərdən əldə edib. Kredit portfeli 22 % artımla 935 milyon manata çatıb. Verilən kreditlərdən 134,5 milyon manat faiz gəlir götürülüb.

Paralel olaraq, bankın vəsaitlərini geri qaytarmaqda problemləri də artıb. İl üzrə verilən kreditlərin 13 milyon 236.63 min manatınin gecikdirilmə müddəti 1 ildən çoxdur. Ümumilikdə vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621.96 min manat təşkil edir. 2024-cü ilin əvvəlində bu rəqəm 24 milyon 531 min manat idi. Vaxtı keçmiş kreditlərin portfeldə payı isə 3%-ə yüksəlib.

Bankın ötən il ayırdığı kreditlərin 18 milyon 246 min manatı ümidsiz olub. Bu da portfelin 1,95% deməkdir. Təhlükəli kreditlərin məbləği isə 2 milyon 417.29 min manata çatıb. Yeri gəlmişkən, 935 milyon manat kredit portfelinin 198 milyon 668.07 min manatı təminatsızdır. Bunun da 196 milyon 347.15 min manatı istehlak kreditlərinin payına düşür. Bir məqamı da vurğulayaq ki, il ərzində “Yelo Bank” 32 mindən çox istehlak krediti verib. Nəticədə bu istiqamət üzrə portfelin həcmi 23,5 %-lik artımla 347 milyon manata çatıb. Kreditləşmənin 50 %-i isə onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın qeyri-faiz xərcləri də şişib. 2023-cü ilin son rübündəki 70 milyon 878.63 min manatdan 2024-cü ilin son rübündə 86 milyon 667.96 min manata çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri