Icma.az
close
up
RU
Əhali qarı sevinclə qarşılayıb Ucqar rayon deputatlarından REAKSİYA

Əhali qarı sevinclə qarşılayıb Ucqar rayon deputatlarından REAKSİYA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gündən Azərbaycanda ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Qarlı hava şəraiti ilə əlaqədar külək və çovğun da müşahidə edilir. 

Milli  Hidrometeorologiya Xidməti ən çox qar yağan əraziləri açıqlayıb. Qeyd olunub ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.

Modern.az ucqar rayonların deputatları ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Qusarın deputatı Azər Badamov bildirib ki, bu gün səhər tezdən Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonda danışıblar:

"Qusarda qarın yağması ilə bağlı hər hansı bir çətinlik yaşanmayıb. Bütün xidmət qurumları gücləndirlmiş iş rejimində fəaliyyət göstərir. Yollar vaxtında təmizlənib, elektrik, su və rabitə xidmətləri də fasiləsiz təmin olunur".

A.Badamov köməkçisi ilə də əlaqə saxladığını deyib: "Qarın yağması və havaların sərt soyumasının rayon sakinlərinin və rayona gələn turistılərin həyatı üçün hər hansı bir çətinlik yaratmayıb. Həm də seçicilərimdən də təqdim olunan xidmətlərlə bağlı hər hansı şikayət daxil olunmayıb. Qusar qarlı və soyuq iqlimə adaptasiya olunmuş rayondur. Bu baxımdan havaların şaxtalı olması və qarın yağması Qusar rayonu üçün adi haldır".

Lənkəranın deputatı Anar İskəndərov deyir ki, ryonda Bakıdakı kimi qasırğa da yoxdur. Təbii ki, Lənkəranda nəsə olursa, icra başçısı, bələdiyyəsi, hamısı oradadır. Eləcə də biz də buradayıq. Seçici üçün əlimizdən gələni edirik".

Balakənin deputatı Nəsib Məhəməliyev isə əhalinin qarı sevinclə qarşıladığını deyib:

"Balakən aqrar rayon oludğundan qarın yağması çoxdan arzulanan təbiət hadisədir. Tək Balakən üçün yox, bütövlükdə Azərbaycanın bütün rayonları üçün qarın yağması olduqca həyati əhəmiyyətli təbiət hadisəsidir. Çünnki qar yağmasa, bütün çaylarda su quruyacaq, su ehtiyyatları dağlarda azalacaq. Bu da quraqlığa səbəb olacaq. Beləliklə də təbii olaraq, ölkənin, rayonun iqtisadiyyatına, əhalinin sosial rifahına çox ciddi təsir göstərir.  Bu olmadıqda aqrar sahənin inkişafından danışmaq mümkün deyil. Əhalimizin əhəmiyyətli hissəsi kənd təsərrüfatı ilə, fərdi təsərrüfat, eyni zamanda bağçılıqla məşğuldur. Bağçılıq da su ilə bağlı lan bir şeydir. Ona görə insanlar sevinclə qarşılayır. Heç bir əlavə çətinlik problem yaşanmır. Şikayətlər də daxil olmayıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri